Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:25

Ən bahalı şəhərin yoxsul sakinləri...


Bakı təqaüdçülərü...
Bakı təqaüdçülərü...
Səməd Vurğun parkından, Hüseyn Cavidə, Sahil parkından Heydər Əliyev parkına kimi dolaşıb, insanları müşahidə edirəm. Nədən danışırlar, nəyi dərd edib, nəyə ümid bəsləyirlər. Təqaüdçülər nərdtaxtada zər atır, orta yaşlılar, gənclər skamyada oturub qarşılarında açılan mənzərəni müzakirə edirlər. Yeni tikililər, körpülər, elə oturduqları – mərmərlə döşənmiş yeni parklar...

35 yaşlı Kərim Məmmədov parkdan bir az aralıda inşa olunan yeni tikilini göstərib deyir:

“FƏHLƏ İŞLƏMƏK ÜÇÜN GƏRƏK ADAMIM OLA...”

- Mən fəhləyəm, amma o tikintidə fəhlə işləmək üçün mənim gərək adamım ola, gedim işləyim. Bax, oturmuşam, heç yerdə işləmirəm, nə qədər borcum var. Mənim adamım yoxdur, mən ac qalmalıyam? Xalq üçün edir eee, amma mən nə onu ala bilirəm, nə də ki orda işləyə bilirəm!

Amma Bakıda işsizlikdən təkcə parklarda oturmurlar. Körpülərin altında, yol qırağındakı səkilərdə əyləşib evlərinə çörək pulu aparacaqlarını gözləyənlərə də rast gəlmək olar bu şəhərədə...Əllərində yemək bağlaması, ayaqlarının altında isə fəhləlik etmək üçün lazım olan avadanlıqlar...

900 MİN İŞ YERİ...

2010-cu ilin yayında prezident İlham Əliyev bəyan etdi ki, altı ay ərzində Azərbaycanda 36 min yeni iş yeri açılıb. Bununla da son yeddi ildə iş yerlərinin sayı 900 minə çatıb.

İlham Əliyev
900 mindən təxminən 600 mini daimi iş yeridir. Prezident deyir ki, Azərbaycanda işsizliklə bağlı olan məsələlər çox uğurla həll olunur.

Diplomlarını bir tərəfə atıb, əlinə ülgüc, direl alan vətəndaşlar isə deyir:

- Ali savadlı uşaqlardır, bu birjada, qul bazarında dururlar. Gəlib bu xarabaya düşmüşəm. Hər yerdə rüşvət, hər yerdə ikiüzlülük. Buna bir əncam çəkən varmı? Bunu prezident görür, bilir. Bu camaatı bu günə salmaq ona sərf edir. Savadsızlıq ucbatından dövləti idarə etmək də asan olur.

2010-cu ili körpü altında iş gözləməklə yola verən Akif kişi isə təqaüdçü olduğundan heç yerə müraciət edə bilmir. Bu ilin xəbər boxçasından bir təqaüdçü kimi onun da payına düşən oldu. Prezident İlham Əliyev “2011-ci il üzrə yaşayış minimumu haqqında” qanunu təsdiqlədi. Əmək qabiliyyətli vətəndaşlar üçün 2011-ci ildə yaşayış minimumu 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat səviyyəsində müəyyən edildi, “ehtiyac meyarı” 10 manat artırılaraq 75 manat oldu.

BƏS PENSİYALAR NİYƏ AVROPA STANDARTLARINA UYĞUN DEYİL?

Bakı sakinləri deyir ki, artımlar onların problemlərini və borclarını azalda bilmir:

- Hər şeyi Avropa standartlarına uyğunlaşdırırlar, bəs pensiyaları da etsinlər də.

- Azərbaycanın real gəlirlərinin müqabilində bu çox azdır. Azərbaycan vətəndaşı da, nazir kimi, deputat kimi, toya gedir, xəstələnə bilir. Onun da uşaqları var. Deputat alır 1700 manat, amma xalqın imkanı yoxdur ki, özü üçün nəsə tələb etsin. Adambaşına gəlir 300-400 manat olsa, bu kasıb təbəqələr də özlərini insan kimi hiss edə bilər.

Eldar İbrahimov
Milli Məclisin Sosial-siyasət komitəsinin üzvü Eldar İbrahimovun sözlərinə görə, neft gəlirlərinin hesabına qaçqın və köçkünlər üçün tikilən evlər, Kür-Araz daşqınları nəticəsində evlərini sel aparmış insanlar üçün yeni evlərin inşası, Bakının 75 faizini su ilə təmin edə biləcək Oğuz-Qəbələ su kəmərinin çəkilməsi, Naxçıvana biletlərin qiymətinin aşağı salınması, 2010-cu ildə Azərbaycanda sosial durumun əvvəlki illərdən də yaxşı olmasına nümunədir:

- Dövlət neftdən gəlirləri açıq-aşkar bu işlərə xərcləyib.

İNFLYASİYA REAL GƏLİRLƏRİ ÜSTƏLƏYİB...

“Real gəlirlərlə müqayisədə inflyasiyanın artım tempi daha yüksək olub”.

Bunu isə iqtisadçı Qubad İbadoğlu 2010-cu ilin sosial durumunu qiymətləndirərkən deyib:

- Tədqiqatlarımız göstərir ki, 2010-cu ildə bahalaşma daha çox ərzaq səbəti və xidmətlərdə olub. Bu da təbii ki əhalinin son istehlak xərclərinin artımına gətirib çıxarıb.

İqtisadçının sözlərinə görə, bir il ərzində əhalinin yoxsul, aztəminatlı təbəqəsi daha çox yaşamaq uğrunda mübarizə aparıb. Çünki onların minimal ehtiyacları belə təmin edilməyib:

- 2010-cu ilin oktyabrında 2009-cu ilin oktyabrı ilə müqayisədə inflyasiya 10,79 faiz olub. Kimlərinsə qeyri–rəsmi gəliri var, rüşvət və korrupsiya hesabına qazanc imkanları var, təbii ki onlar bu qiymət bahalaşmasından elə də təsirlənməyiblər. Qiymət artımından daha çox təsirlənən aztəminatlı təbəqədir. 2010-cu ildə də onların sosial müdafiəsinin gücləndirilməsində hökumət heç bir əhəmiyyətli iş görməyib.

YAXŞI HEÇ NƏ YOXDUR

Qubad İbadoğlu
Bütün bu rəqəmlərin, artımların və qiymətlərin Bakı sakinlərinin dolanışığına necə təsir etdiyini isə öz dillərindən eşidək:

- Maddi baxımdan uğursuz oldu.
- Çox az pensiyalar, hələ ki yaxşı heç nə yoxdur.
- Artımımız yoxdur, daha da dala gedirik.
- Hər şey qaydasındadır, Allahın köməyi ilə, respublikada nə olur, xalq üçündür də hamısı.
- Durum çox çətindir, işsizlikdir.
- Heç cür çatdırmaq olmur, o pensiya ilə yaşamaq mümkün deyil. Kommunal xidmətlər “od tutub yanır”. Sovet vaxtı olsaydı, 45 il stajım var, mən yaxşı pensiya alardım.

65 yaşlı Yunus Səmədov, sözünü deyib bankomat qarşısında yığılmış insanların sıralarına qatılır...

ƏN BAHALI ŞƏHƏR...

Bu il üçün Azərbaycanda bir meyil də özünü açıq göstərdi: Bakı - ən bahalı şəhərlər sırasında yerini daha da möhkəmlətdi, bu dəfə 20 pillə irəliləyərək...
XS
SM
MD
LG