Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:15

Xaricdə təhsil alanlarla bağlı Avropada görüşlər olacaq


“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” nın icrası ilə bağlı ümumi məsələlərin müzakirə edilməsi məqsədilə gənclər və idman naziri Azad Rəhimov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Prezidenti Administrasiyasının şöbə müdiri Elnur Aslanov, təhsil nazirinin müavini Elmar Qasımov dekabrın 5-də Parisdə, dekabrın 6-da isə Londonda olacaqlar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, rəsmilər dekabrın 5-də ilk olaraq Azərbaycanın Parisdəki səfirliyinin binasında, dekabrın 6-da Londonda “Hotel Royal Garden”də digər rəsmi şəxslərin iştirakı ilə görüşlər keçirəcəklər.

Görüş zamanı tələbələrin üzləşdikləri bir sıra inzibati, iqtisadi, sosial və digər problemlərlə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
XS
SM
MD
LG