Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:32

Köhnə kitabxanalar hər qış pis vəziyyətə düşür


Yerevan Dövlət Universitetində kitab festivalı
Yerevan Dövlət Universitetində kitab festivalı
Yerevanda onlarla kiçik və böyük kitabxana var. Bunlar adətən ənənəvi kitabxanalardır, yüzillik kitablardan tutmuş yeni rəqəmsal kitablara qədər tapmaq olar.

Bir çox kitablar uzun illərdir nəşr olunmur, köhnə nüsxələri isə pis vəziyyətdədir.

Məsələn, Yerevan Dövlət Universiteti son zamanlar daha çox öz nəşrlərindən istifadə edir. Universitetin ən köhnə kitabının bu yaxınlarda 100 yaşı tamam olacaq. Nəşriyyat və universitet kitabxanasının işçiləri tələbələr arasında ən populyar kitabları müəyyənləşdiriblər. Məlum olub ki :

«Ən çox linqvistika, hüquqşünaslıq haqda kitablara, lüğətlərə tələbat var. Bu kitablar daha çox oxunur və onlara qarşı o qədər də səliqəli davranılmır. Bəzi kitablar da var ki, çox dəyərli olsalar da, onlarla maraqlanan azdır».

Kitabxananın ən böyük problemlərindən biri də pinti oxuculardır. Onlar ya kitabı gec, ya da nimdaş vəziyyətdə qaytarırlar.

«BİR NEÇƏ DƏFƏ EVƏ ZƏNG EDİBLƏR»

Kitabxana müdiri deyir ki, belə halda onlar istifadəçinin ünvanına gedə, hətta milisə müraciət edə bilərlər. Ancaq bu hal hələ müşahidə olunmayıb. Əsasən unutqan oxucunun evinə zəng edirlər.

- «Bir neçə dəfə olub ki, bizə zəng ediblər. Töhmət edirlər, bir ay kitabxanadan istifadə hüququndan məhrum edirlər, ancaq bir müddətdən sonra yenidən kitabxanadan istifadə etmək olur».

- «Biz günahkar deyilik. Tələbəyik, əlimizdə kitab çoxdur, tapşırıq da çox verirlər. Ona görə kitabı qaytarmağı unuduruq. Mənimlə belə olub. Evə zəng edib, xəbərdarlıq ediblər..».

«iPad» də özünəməxsus müasir kitabdır
İnformasiya texnologiyalarının inkişafı kitabların da təkamülünə səbəb olub. Tədricən virtual kitablar ənənəvi kitabları əvəzləməyə başlayır. Bir çoxları gələcəkdə adi kitabların qalmayacağından da narahatdır.

Ən böyük elektron kitabxananın sahibi Karen Vrtanesyan kağız kitabların tamamilə yox olacağını istisna edir. Amma etiraf edir ki, rəqəmsal informasiya yayıldıqca, kitab daha az oxunur.

«İndi daha az oxuduğum və bir neçə il əvvəl oxuduğumu yenidən oxuya bilmədiyim bir həqiqətdir. Bu, informasiya texnologiyalarının təsirinin nəticəsidir».

VİRTUAL KİTABLAR ERMƏNİSTANDA HƏLƏLİK POPULYAR DEYİL


Həyatın tempi və sürətli informasiya qalın kitabları sıxışdırır. Virtual kitablar daha əlverişlidir. Onlar təbiəti korlamır və böyük yer tutmurlar. İlin əvvəlində çıxan «iPad» də özünəməxsus müasir kitabdır. Hətta əsl kitablarda olduğu kimi, virtual olaraq səhifələri çevirmək də mümkündür. Lakin bu kitabı imzalamaq mümkün deyil.

Avetik İsaakyan adına Mərkəzi Yerevan Kitabxanasının direktoru Asmik Karapetyan hesab edir ki, virtual kitablar Ermənistanda hələlik populyar deyil:

«Elektron kitabxana yaratmaq üçün həm böyük əmək, həm də maliyyə vəsaiti tələb olunur. Ən mühüm ədəbiyyatlar elektron şəkildə mövcud deyil. Bizimkilər bu məsələnin vacibliyini anlamırlar, baxmayaraq ki, bir sıra ölkələr bu sahə ilə ciddi məşğul olur. Məsələn, Rusiya bir neçə ildir rəqəmsal kitablar və elektron kitabxanalar yaradır».

Kitabxana direktorunun özü ədəbiyyatların rəqəmsallaşdırılmasının tərəfdarıdır. Hələliksə, vəsait olarsa o, birinci növbədə bır sıra mövcud kitabxanaların təmirinə yönəldilməlidir. Köhnə kitabxanalar hər qış mövsümündə pis vəziyyətə düşür...
XS
SM
MD
LG