Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:34

«Daşqın zonasındakı korrupsiyanı Bakı himayə edir»


Sabirabad, 8 may 2010
Sabirabad, 8 may 2010
Bu fikri «Panorama» verilişində «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının üzvü Mehman Əliyev deyib.

Sabirabad rayon sakini Şahbaz Hacıyev isə deyir ki, əhaliyə verilən kompensasiyaların həcmi süni yollarla şişirdilib.

Şahbaz Hacıyev:

- Biz Bakıda Fövqəladə Hallar Nazirliyində olanda, kompensasiyalar almış insanların siyahıları ilə tanış olduq. Orda bəlli oldu ki, rəqəmlər şişirdilib. Məsələn, orada göstərilirdi ki, Sabirabad rayon Azadkənd sakini Elşən Məmmədov 1600 manat kompensasiya alıb. Halbuki, ona cəmi 800 manat verilib. Bütün bunlarla bağlı hara gedirdiksə də şikayətimizə baxan yox idi. 80 yaşlı atamı, 73 yaşlı anamı şikayət etdiyinə görə Sabirabad rayon İcra Hakimiyyətindən qovdular. Artıq son günlər yerlərdə kompensasiyalar paylayan məmurlar narahat olmağa başlayıblar. Gecələr ev-ev gəzirlər, kimin pulunu kəsmişdilərsə, bu pulu onlara vermək istəyirlər…

Mehman Əliyev:

Mehman Əliyev
- Daşqın zonasında hökm sürən korrupsiya mərkəzləşib. Bu korrupsiyanı Bakı himayə edir. Belə olmasaydı, Fövqəladə Hallar Nazirliyi şəffaf araşdırmada maraqlı olardı. Vətəndaşlar 3 gün əvvəl nazirliyə gedib kompensasiya alan ailələrin siyahısı ilə tanış ola bilirdilər. Ancaq yeyinti faktları üzə çıxdıqdan sonra heç kimi ora buraxmırlar. Belə çıxır ki, insanların üzləşdiyi fəlakətdən də qazanmaq istəyirlər. Onları fəlakətə düşmüş insanlara yardım etmək yox, öz ciblərini doldurmaq düşündürür. Biz bununla bağlı Baş Prokurorluğa müraciət etmişik. Kompensasiyalar necə gəldi paylanıb. İnsanlar boş qəbizlərə imza atıblar, kompensasiyaların verilmə səbəbləri göstərilməyib. İndi vətəndaşlar üçün evlərin tikilməsi ilə də bağlı tenderlər keçirilməyib. Araz çayının müvəqqəti qolunu açıb-bağladılar. Bu yanlış işlər kimə lazım idi? İndi bəlli olur ki, orada milyonlarla manat dəyərində dövlət vəsaiti silinib. Biz bütün bunları başlı-başına buraxmaq niyyətində deyilik...



HƏMÇİNİN OXU:

PREZİDENT ADMİNİSTRASİYASINDA NARAZI SABİRABADLILARA NƏ SÖZ VERDİLƏR?
XS
SM
MD
LG