Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:11

Spitak zəlzələsi hökumətə dərs olmadı


Spitak, 1988

Ermənistanın xilasetmə xidmətinin rəhbəri Sergey Azaryanın dediyinə görə, yay günlərində yanğınları söndürmək bir nömrəli məsələ olub.

«Təkcə iyulun 31-də bütün aprel ayından, avqustun 1-də isə may ayından daha çox yanğın qeydə alınıb. Yəni bir gün ərzində daha çox yanğın baş verir, nəinki bütün ay ərzində. Məhz buna görə bu gün bizim üçün əsas məsələ yanğının qarşısını vaxtında almaqdır. Bütün qüvvəmiz yanğının söndürülməsinə yönəldilir, kənd yerlərində isə bizə əhali də kömək edir».

Yanğınlar insan tələfatı və maddi ziyanla müşahidə olunsa da, Ermənistanda baş verənlər Rusiya ilə müqayisə oluna bilməz.

Ermənistanda təbii fəlakətlərin 94 faizini zəlzələlər təşkil edir.

Bu barədə Milli Seysmoloji Xidmətin nümayəndəsi Qurqen Namalyan danışır. Zəlzələ Ermənistan paytaxtı üçün xüsusilə təhlükəli hesab olunur. Çünki Yerevanda binalar sıx-sıx tikilib, respublika əhalisinin 60 faizi də məhz paytaxtda yaşayır:

«Yerevanda zəlzələ riski çox yüksəkdir. Belə ki, şəhərdəki binaların əksəriyyəti Sovet vaxtı tikilib və 7-8 ballıq zəlzələ üçün nəzərdə tutulub. Reallıqda isə şəhərdə 9 baldan da yüksək zəlzələlər baş verə bilər».

Bütün bunlar bir yana, xüsusilə dam və zirzəmilərdə qanunsuz tikililər də şəhər mərkəzində vəziyyəti
Son illər paytaxt Yerevanda 16 mərtəbədən yüksək binalar tikməyə başlayıblar
mürəkkəbləşdirir.

YEREVANDA MÜTLƏQ ZƏLZƏLƏ OLACAQ

Qurqen Namalyan qeyd edir ki, Yerevan bir neçə seysmoloji cəhətdən fəal ocaqlarla əhatə olunub və bu ocaqlarda zaman-zaman kiçik zəlzələlər baş verir:

«Yerevan bir neçə ocaqlarla əhatələnib. Bir gün onlar oyana və güclü zəlzələ baş verə bilər. Bu hadisənin nə zaman baş verəcəyini bilmirəm, 1000 ildən ya 100 ildən sonra, bilmirəm. Ancaq mütləq baş verəcək, çünki bu zona yüksək seysmoloji fəal ərazidir».

Son illər paytaxt Yerevanda 16 mərtəbədən yüksək binalar tikməyə başlayıblar. Namalyan deyir ki, belə tikililərə ancaq xüsusi hesablamalardan sonra icazə verilməlidir:

«Bizim xidmətin nəzarət etmək səlahiyyəti olmasa da, maraqlanmışam, ancaq belə hesablamaların aparılıb-aparılmaması haqda suallarıma cavab ala bilməmişəm».

Fövqəladə Hallar Nazirliyinin sözçüsü Nikolay Qriqoryan deyir ki, 1988-ci il Spitak zəlzələsindən sonra Ermənistanda xeyli dəyişikliklər baş verib. Onun fikrincə, indi ölkədə hazırlıq daha yüksəkdir:

«20 il ərzində hazırlıq, insan resursları məsələsində böyük irəliləyiş hiss olunur. Biz fövqəladə hallar yarananda, vəziyyətə nəzarət edəcək xüsusi rəhbərlər də hazırlayırıq. Əhali də çox maariflənib. Bizimlə xarici həmkarlarımız böyük məmnuniyyətlə əməkdaşlıq edirlər. Onlarla çoxsaylı layihələr həyata keçiririk».

TİKİNTİDƏ BURAXILAN SƏHV: 25 MİN ÖLÜ

Bu o deməkdir ki, Ermənistan təbii fəlakətlərə hazırdırmı? Bu sualı Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin rəhbəri Sergey Azaryan cavablayır:

Yanğın baş verəndə belə Yerevanda bir sıra binalara giriş mümkün deyil
«Desəm ki, tam hazırıq – onda gərək istefa verəm. Bu məsələdə dayanmaq olmaz, irəliləmək və inkişaf etmək lazımdır. Mən həmişə texnika və insan resursunun çatışmazlığından narazıyam, ancaq hazırlıqsız olduğumuzu deyə bilmərəm. Kütləvi fəlakətlər zamanı ölkənin bütün potensialı cəlb edilməlidir».

Son 22 il ərzində Ermənistanda ən böyük fəlakət Spitak zəlzələsi olub. Zəlzələ bir neçə saniyə davam etsə də, nəticələri dəhşətli olub – Qurqen Namalyan bunu deyir:

«Təxminən 25 min insan ölüb, 19 min şikəst qalıb, 50 min adam müxtəlif xəsarətlər alıb, 500 min evsiz-eşiksiz qalıb, dəymiş maddi ziyan 13 trilyona yaxın qiymətləndirilir. Bütün bunlar tikinti zamanı buraxılan çoxsaylı səhvlərə görədir, bir çox şərtlər nəzərə alınmayıb. İnsan amili və keyfiyyətsiz tikinti bax bu cür nəticə verib».

«Sabit insan inkişafı» ictimai təşkilatının rəhbəri Karine Danielyan dəfələrlə şəhərdə binaların sıx-sıx tikilməsinə etirazını bildirənlərdəndir. Danielyan deyir ki, Spitak zəlzələsinin nəticələri hökumətə dərs olmayıb:

«Nəinki zəlzələ zamanı, hətta yanğın baş verəndə belə Yerevanda bir sıra binalara giriş mümkün deyil. Hər bir binanın bir neçə giriş və çıxışı olmalıdır ki, xilasedicilər və ya yanğınsöndürən maşınlar normal işləyə bilsinlər. Ancaq binaların az qala heç birində bu şərait yaradılmayıb. Yerevanda vəziyyət dəhşətlidir, şikayətlərimiz isə nəticəsiz qalır».
XS
SM
MD
LG