Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:35

«Azərbaycan qapalı ölkəyə çevrilmək təhlükəsindədir»


Miqrantlara Hüquqi Yardım Təşkilatının sədri Əlövsət Əliyev
Miqrantlara Hüquqi Yardım Təşkilatının sədri Əlövsət Əliyev
«Son vaxtlar ölkədən getmək istəyənlərin sayı artıb». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Miqrantlara Hüquqi Yardım Təşkilatının sədri Əlövsət Əliyev deyib. Onun sözlərinə görə son illər bu fikirdə olanların sayı ilbəil artır.

«Bizə ölkədən getmək istəyənlərin müraciətlərinin sayı artıb. 2005-ci ildən bu ilbəil artır. Bu təkcə Azərbaycan vətəndaşları deyil. Bunlar arasında üçüncü ölkə vətəndaşları da var. Gürcüstandan da gəlmiş azərbaycanlılar var. Azərbaycanda özlərinə yer tapa bilmir, statuslarını müəyyən edə bilmirlər. İran İslam Respublikasindan, İraqdan gələn vətəndaşlar da var. Azərbaycan vətəndaşları daha çoxdur. Dövlət miqrasiya xidmətinin rəsmiləri tez-tez bəyənat verirlər ki,
Rasim Musabəyov
ölkə başçısının da bəyənatına mən bu yaxında qulaq asdım ki, Azərbaycan immiqrasiya ölkəsinə çevrilməkdədir, gedənlərlə müqayisədə, gələnlərin sayı daha çoxdur. Əslində belə deyil. Azərbaycana gələnlərin sayı artsa da, bu gedənlərin sayını hələ üstələyə bilməz. Heç müqayisə olunan həddə də deyil. Azərbaycan az qala indi qapalı ölkəyə çevrilmək təhlükəsindədir. Hətta Azərbaycana gələnlərin, Azərbaycana investisiya qoymaq fikrində olanların da bəzən qarşısı alınır».

Müstəqil analitik Rasim Musabəyov isə bu fikirdədir ki, əvvəllər nəticə görməkdə şansı olan insanlar ölkəni tərk edirdilərsə, indi artıq xaricdə oxumaq, işləmək istəyənlərin sayı bura əlavə olunub. Yəni insanlar yeni həyat qurmağa cəhd göstərirlər:

«Müəyyən bir balans var. Azərbaycanı tərk edən şəxslərlə yanaşı, qayıdanlar arasında son zamanlar bu balans əvvəllər mənfi idisə indi isə o balans müsbətə doğru dəyişir. Hələlik qayıdanların sayı heç də gedənləri üstələmir. Əvvəllər də gedənlərin sayı daha çox idi nəinki qayıdanın».

Rasim Musabəyov Azərbaycanda miqrasiya qanunlarının bərbad vəziyyətdə olduğunu və bu qaydaların gedib-gələnlərə problem yaratdığını deyib.

«Bizim miqrasiya qanunlarımız, qaydalarımız biabırçıdır. Onun tətbiqi isə tamamilə yaramazdır».

XS
SM
MD
LG