Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:24

Kimdən nə vaxt necə və neçəyə istifadə ediblər?..


Mirmahmud Mirəlioğlu
Mirmahmud Mirəlioğlu
«Müxalifətin birləşməsi ideyasının müəllifi DUİ, təmsilçisi isə mənəm».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramına KXCP-nin sədri Mirmahmud Mirəlioğlu deyib. Onun sözlərinə görə, Müsavatla AXCP arasında əvvəllər bəzi sədlər olsa da, artıq o sədlər aradan qalxıb.

«İndi bizim başladığımız işi davam etdirməkdədirlər, sağ olsunlar. Bu, bizim başladığımız işdir. DUİ-nin başladığı işdir. AXCP-nin «Azadlıq» bloku olaraq gəlmək imkanı yox idi. «Azadlıq» blokunu təmsil edən şəxsin - Müsavatla problem yaşanır, amma DUİ ilə heç bir problem yoxdur. Biz sizinlə anlaşa bilərik deyə biz bu mərhələni belə həll etdik. İkinci mərhələ «Azadlıq» bloku dağılandan sonra başladı. Onlar artıq Müsavatla o psixoloji baryeri keçdilər».

Bəzi məsələlər barədə üstüörtülü danışan siyasətçi müxalifətdə bəzən hakimiyyət dairələrinə işləyən adamların olduğunu da deyib. O deyib ki, YAP-a kim xidmət edib, o, ortalıqdadır.

«Hər kəs gözəl bilir ki, bu hakimiyyət kimdən necə istifadə edib, haçan istifadə edib, necə istifadə edib, nə qədər istifadə edib, neçəyə istifadə edib. Nə zaman imtina edib. Nəyə görə imtina edib. Amma mən bütün bu məsələlərin hamısını sadəcə Azərbaycanın taleyini düşünən insanların zövqünü korlamamaq üçün belə şeyləri demirəm ayıbdır. Bütün bu şeylərdən danışmaq ayıbdır».

Dinləyicinin «siz Əli Kərimlinin kölgəsində gizlənmisiniz» fikrinə Mirmahmud Mirəlioğlu belə cavab verib:

«Özü olanın kölgəsi olar, özü olmayanın kölgəsi olmaz».

KXCP sədri deyib ki, bu birləşmə prosesi sonda seçki blokunun ərsəyə gəlməsi ilə nəticələnməlidir.

«Başladığımız iş sonucda bir seçki bloku ilə nəticələnməlidir. Bu seçki blokunda DUİ olmadığı təqdirdə, ola bilmədiyi təqdirdə, şərt olaraq qoyulduğu təqdirdə, onda məsələlər belə olur. Müsavat Partiyası ilə 20-yə yaxın razılaşdırılmış dairələr qüvvəsində qalır. Bundan başqa Müsavat Partiyası özünün apardığı danışıqların nəticəsi olaraq ortada bir şey hasil olursa, onunla razılaşır. DUİ bu olmadığı təqdirdə özü təkbaşına, 5 partiya ilə birlikdə blokla seçkidə iştirak edir. Və burda heç bir problem olmur. Birgə mübarizə aparırıq».

XS
SM
MD
LG