Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:35

135 yaşlı Azərbaycan mətbuatının indiki halı necədir?


«Son vaxtlar mətbuat palataya köçürülmüş xəstənin vəziyyətini xatırladır»
«Son vaxtlar mətbuat palataya köçürülmüş xəstənin vəziyyətini xatırladır»
«Panorama» verilişində bu suala «Yeni Müsavat» qəzetinin parlament müxbiri Elşad Paşasoy və «Səs» qəzetinin informasiya şöbəsinin müdiri Elşad Hacıyev cavab verməyə çalışıblar.

ELŞAD HACIYEV:

«Dövlət tərəfindən mətbuata qayğı onu göstərir ki, Azərbaycanda azad mətbuat, sağlam fikir vətəndaş cəmiyyəti quruculuğuna xidmət edir. Mətbuatın 135 illiyi ilə əlaqədar prezidentin jurnalistlərin sosial problemlərinin həlli istiqamətində atdığı addımlar, xüsusilə mənzil ehtiyaclarının təminatı üçün 5 milyon manat ayırması çox əhəmiyyətli idi. Biz hər birimiz bunu fəaliyyətimizə verilən qiymətin nəticəsi kimi dəyərləndiririk. Azərbaycanda iqtidar azad mətbuatın inkişafında maraqlıdır. Mətbuatda çalışanların iqtisadi azadlığı dövlətin diqqət mərkəzindədir. Dövlət öz demokratiya prinsiplərinə sadiq qalaraq bu işi gücləndirir. Müxalifət mətbuatı da reklam məsələsində qarşı tərəfi inandırmağa çalışmalıdır. Bu inam yaranarsa, o, reklamı çox asanlıqla alacaq».

ELŞAD PAŞASOY:

«Jurnalist və bloqqerləri həbsdən azad edib hər şeyi yenidən başlamaq üçün yubiley ili yaxşı şans idi. Düzdür, dövlət tərəfindən müstəqil medianın qorunub saxlanması istiqamətində müəyyən addımlar atılır və bu, təqdir olunmalıdır. Ancaq ümumən götürəndə, obrazlı desək, 135 illik qocaman Azərbaycan mətbuatının dünənki durumu reanimasiyada olan xəstənin durumuna bənzəyirdisə, artıq son vaxtlar o, palataya köçürülmüş xəstənin vəziyyətini xatırladır. Təəssüf ki, o, hələ də süni nəfəs aparatına qoşulmuş haldadır. Məmurlar qapılarını mətbuatın üzünə bağlayırlarsa, yayım işində qüsurlar varsa, iş adamları tənqidçi media ilə işləməkdən çəkinirlərsə, hətta paytaxt Bakıda qəzet oxuyanlar çox cüzi saydadırsa, deməli, mətbuatda problemlər var. Onları aradan qaldırmağın vaxtı ya çatıb, ya da artıq keçib»…

XS
SM
MD
LG