Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:46

AXCP Gənclər Komitəsinin sədri polisə çağırılaraq, xəbərdarlıq olunub


Əbülfəz Qurbanlı
Əbülfəz Qurbanlı
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı iyunun 25-də Sumqayıt şəhər Polis İdarəsinə çağırılıb. İdarədə ondan icazəsiz aksiya və mitinqlərdə iştirak etməzdən əvvəl sahə müvəkkilindən icazə almalı olduğu bildirilib:

«Bu gün saat 11-də Sumqayıt şəhər Polis İdarəsinə getdim. Orada mənə DİN-nin rəsmi məktubunu təqdim etdilər. Məktubun məzmunu ondan ibarət idi ki, indən sonra mən hər hansısa bir icazəsiz aksiya və ya mitinqlərdə iştirak etməmişdən əvvəl Sumqayıt şəhər Polis İdarəsinin sahə müvəkkilindən icazə almalıyam. Mən bildirdim ki, bu qeyri-qanunidir və belə bir qayda yoxdur buna görə də mən iltizam vermək fikrində deyiləm».

Əbülfəz Qurbanlı Müsavatın 12 iyunda keçirdiyi aksiyada saxlanılaraq 10 sutkalıq həbs cəzası almışdı.
XS
SM
MD
LG