Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 08:40

«Ədəbi Azadlıq» yekunlaşdı, ancaq yenə olacaq


"Ədəbi Azadlığ"ın qalibləri müəyyən olundu
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00
Direct-ə keçid

AzadlıqRadiosu qısa hekayə müsaibəqsində mükafatlarının təqdimatı mərasimi.

«Üçüncü yer – «Salavat» hekayəsi, Sevinc Pərvanə, ikinci yer – «Dovşan qəfəsi», Aydın Səlimov və nəhayət, müsabiqənin birinci yerinə - «Əli metroda işləyir» hekayəsinə görə, Eyvaz Zeynalov layiq görülür».

AzadlıqRadiosunun veb saytında keçirilən «Ədəbi Azadlıq-2010» müsabiqəsinin qaliblərini saytın ədəbiyyat səhifəsi - Oxu zalının koordinatoru Rövşən Qənbərov elan edir.

Qaliblərə "Ədəbi Azadlıq" mükafatını tədbirə qatılan xalq yazıçısı Əkrəm Əylisli təqdim etdi, bundan sonra onlara hədiyyələr - birinci yerin sahibinə noutbuk, ikinci mükafatçıya netbuk, üçüncü mükafatçıya isə rəqəmsal fotoaparat verildi.

Digər finalçılara isə "Ən yaxşı 10 hekayədən biri" prizləri və kitablar hədiyyə edildi.

834 NƏFƏR 10 NƏFƏRİ SEÇDİ

R.Qənbərov bildirdi ki, müsabiqə 2 aydır davam edirdi və ilk turda Münsiflər Heyətinin üzvləri müəlliflərin adlarını bilmədən 150 hekayədən 10-unu seçmişdilər.

50 hekayənin daxil edildiyi kitab

İkinci turda AzadlıqRadiosu.az saytının «Oxu zalı» səhifəsində oxucuların səsverməsi keçirilib. Bu dəfə öz rəylərini oxucular bildiriblər. Səsvermədə 834 nəfər iştirak edib.

Üçüncü mərhələdə isə münsiflər saytdakı səsvermənin nəticələrinə istinad etməklə onluqdakı hekayələrə əlavə bal veriblər. Bu 3 turun nəticələrinin toplanması ilə müsabiqənin 3 qalibi müəyyənləşib.

İyunun 10-da həm də müsabiqəyə təqdim olunan əsərlərin arasından seçilən 50 hekayənin daxil edildiyi kitabın da təqdimatı oldu.

MƏLUMATLI VƏTƏNDAŞ OXUMA KÜLTÜRÜ OLANDIR

Bəs AzadlıqRadiosu bu müsabiqəni niyə keçirdi? AzadlıqRadiosu Bakı bürosunun rəhbəri Xədicə İsmayılova bunları deyir:

«AzadlıqRadiosu azad olmayan cəmiyyətlərdə azad media missiyasını daşıyır. Bu bizim şüarımızdır.

Xədicə İsmayılova

Azad cəmiyyət, məlumatlı vətəndaşlar olmadan mümkün deyil. Məlumatlı vətəndaş oxuma kültürü olan vətəndaşdır. O vətəndaş ki oxuyur, o, məlumatlıdır. Biz də AzadlıqRadiosu olaraq bir də oxuma kültürünü aşılama missiyasını öz üzərimizə götürdük. Bunun üçün də Oxu Zalı rubrikasını başladıq. Həmin Oxu Zalı rubrikasına marağı artırmaq üçün, həm də ədəbiyyatla məşğul olan çoxsaylı insanla paylaşmaq üçün bu müsabiqəni keçirtdik».

«İDEOLOJİ DÜŞMƏNÇİLİK OLAR, SƏNƏTKARLIQ CƏHƏTDƏN YOX»

Yazıçı Əkrəm Əylisli isə dedi ki, bu tədbirdə özünü ədəbiyyat bayramındakı kimi hiss edir:

«Gənclik özlüyündə üstünlükdür. Yaşım keçdikcə kövrəlirəm. Cavanları burda görməyimə kövrəldim. Bu, bayramdır. Sizin ədəbiyyat bayramınız isə qabaqdadır. Sizə bir şeyi məsləhət görürəm, ideoloji cəhətdən düşmən olmaq olar.

Əkrəm Əylisli Eyvaz Zeynalova mükafatı təqdim edir

Sənətkarlıq cəhətdən isə düşmən olmaq olmaz. Sənət sənətdir.»

Əkrəm Əylisi onu da dedi ki, özündən yaxşı yazan görəndə sevincindən ağlayır, və gənclərə də yaxşı yazmağı arzulayır.

MÜSABİQƏ DAVAM EDƏCƏK

İlk hekayəsi – «Sərdabə» ilə ilk onluğa düşən 19 yaşlı tələbə Aysel Şakirqızı deyir ki, onun uğur qazanacağına ailə üzvləri belə inanmırmış. O isə özünə inanıb və ilk hekayəsi düşərli olub:

«Çox sevinirəm ki, bu yarışmaya qatıldım. Özümə çox inanırdım. Bilirdim ki, onluğa düşəcəyəm, belə də oldu. Əslində evdəkilər inanmırdılar. Deyirdilər ki, bu sənin birinci hekayəndir, inanmırıq ki, sən düşəsən. Ancaq oldu. Davamı da olacaq. Yazan kimi Oxu Zalına göndərəcəyəm. Çox istəyirəm ki, yenə hekayələrim Azadlıq Radiosunun saytında görünsün».

«Oxu Zalı»nın bu cür müsabiqələrinin davam edəcəyi gözlənilir.

XS
SM
MD
LG