Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:33

CNN-nin futbol üzrə dünya çempionatlarının ən səs-küylü hadisələrinin siyahısı


10. Bobby Moore (Bobbi Mur), 1970

İngilislər ümid edirdi ki, 4 ildən sonra İngiltərənin kapitanı Bobby Moore yenidən öz komandasını Meksikada qələbəyə doğru aparacaq. Lakin hələ heç çempionatın finalı başlamazdan əvvəl İngiltərə millisinin kapitanı qalmaqala düşdü.

İngiltərə yığması məşq oyunu keçirmək üçün Kolumbiyaya gələndə Moore yerli polis tərəfindən həbs olunur. Onu hoteldə bahalı zinət əşyası oğurlamaqda ittiham edirlər.

Bobby Moora əvvəlcə öz komandası ilə Kolumbiyanı tərk etməyə icazə verilsə də, sonradan İngiltərə yığması Meksikaya, dünya çempionatının finalına gedərkən yolları yenidən Kolumbiyaya düşür. Bu zaman gözlənilmədən Bobby Mooru ikinci dəfə həbs edib ev dustağı edirlər.

4 gündən sonra İngiltərə ilə Kolumbiya arasında misli görünməyən diplomatik münaqişədən sonra Bobby Moore dəlil çatışmamazlığı səbəbi ilə azad edirlər.

9. Braziliya-İşveç, 1978

Dünya çempionatının əfsanəvi görüşlərindən biri: Braziliya ilə İsveç oyunu. Hesab 1-1-dir. Oyunun son saniyələrində Braziliya küncdən zərbə hüququ qazanır. İsveçlilərin cərimə meydançasına qaldırılan topu brazilyalı hücumçu Ziko güclü zərbə ilə rəqib qapısınadn keçirir.

Brazilya əmidir ki, həlledici qolu vurub. Lakin oyunun hakimi Clive Thomas belə fikirləşmir. Hakim fitinin səsi qolu deyil, oyunun artıq bitdiyini bildirirmiş.

Thomas epizodu belə izah edirdi ki, Brazilya küncdən zərbə vuran kimi oyunun əsas vaxtı başa çatmışdı, ona görə də Zikonun qolunu saymayıb.

Epizodun görüntülərinə YouTube-da yerləşdirilən videoçarxda baxmaq olar.

8. Harald Şumaxer (Harald Şumaxer), 1982

Dünya çempionatı tarixinin ən dramatik oyunlarından biri. Yarımfinalda Fransa ilə Almaniya qarşılaşır. Fransalı Mişel Platini gözəl ötürməsi ilə Patrick Battistonu əlverişli vəziyyətə çıxarır.

Almanların qapıçısı Harald Schumacher onun üstünə qaçır. Battiston qapıçı ilə yaxınlaşmayaraq topu onun və qapının yanından vurur. Lakin Schumacher sürətini azaltmayaraq ehtiyac olmadan onun üstünə hoppanır, fransalını vurub yerə yıxır.

Huşunu və iki dişini itirən Battistonu meydandan xərəkdə çıxarsalar da oyunun hakimi özünü elə apardı ki, sanki heçnə baş verməyib.

Bu gərgin oyun sonradan 11 metrlik cərimə zərbələri yarışı əsasında Almanların qələbəsi ilə nəticələndi, özü də Schumacherin məharəti hesabına.

VIDEO: Schumacher Battiston toqquşması (YouTube portalından)

7. (Bax əsas məqaləyə)

6. Çili-İtaliya, 1962

Bu oyun sonradan “Satnyaqo döyüşü” adını alır. Həqiqətən də Çilinin paytaxtı Santyaqoda keçən görüş zamanı baş verənlər bəzən idman yarışından çox, hərb meydanını xatırladırdı.

Əslində, qarşıdurmanın ilk toxumları hələ oyundan əvvəl səpilmişdi: 2 italiyalı jurnalistin Santyaqo şəhəri haqda heç də xoş olmayan məqalə ifadələri Çili sakinlərini qəzəbləndirmişdi.

Tərəflərin antipatiyası futbol meydanında öz apogeyinə çatır. Oyunun hakimi, ingilis Ken Aston futbolçular üzərində nəzarəti tamailə itirir. Oyunun 3 müxtəlif epizodlarında əlbəyaxaya olan oyunçuları aralamaq üçün meydana polis çıxmalı olur.

Buna baxmayaraq hakim cəmi 2 qırmızı vərəqə göstərir, hər ikisi İtaliya yığmasının oyunçularına. Çili komandası oyunu tam heyətlə başa vuraraq 2-0 hesabı ilə qələbə qazanır.

VİDEO: Çili paytaxtındakı qalmaqallı oyundan kadrlar

5. Fransa-Küveyt. 1982

Fransa artıq hesabda 3-1 hesabı ilə irəlidə idi. Fransalı Alan Giresse (Alan Jirez) topu qəbul edəndə Küveyt müdafiəçiləri hamısı eyni anda dayanıb hakimə baxırlar. Onlara elə gəlir ki, hakim fit çalıb.

Hakimin isə oyunu saxlamaq fikri yoxdur. Ona görə də Alan Giresse maneəsiz cərimə meydançasına daxil olub topu rəqib qapısından keçirə bilir.

Hakim meydanın mərkəzini göstərəndə Küveyt komandası kəskin etirazlara başlayır. Onlar əmindilər ki, meydanda fit səslənmişdi. Hətta Kuveytin futbol federasiyasının prezidenti, Küveyt şeyxi meydana çıxıb qəzəbini hakimə bildirməkdən özünü saxlamırlar.

Nəticədə oyunun komissarı qolun ləğv edilmsi haqda qərar qəbul edir.

Amma oyun yenə də 4-1 hesabı ilə Fransanın xeyrinə bitdi, Maxime Bossis sonradan 4-cü topu vura bilir.

VİDEO(YouTube): Hakimin qərarına qəzəblənən Küveyt şeyxi meydana çıxır


4. Zinedine Zidane. 2006

Futbol tarixinin ən parlaq ulduzlarından biri, fransalı Zidan artıq elan eləmişdi ki, millinin tərkibində sonuncu matçını oynayır. Oyun da nə oyun, dünya çempionatının finalı, Fransa-İtaliya görüşü.

Hesabi Zidan açmış, İtaliya oyunçusu Marco Materazzi isə hesabı bərbərləşdirmişdi. Oyunun əsas vaxtı sona yaxınlaşanda bu iki qol müəlliflərinin arasında qəribə hadisə baş verdi. Nə haqdasa danışandan sonra Zidan Materazziyə kəllə atıb onu yerə yıxdı.

Oyunun hakimi baş verən münaqişəni görməsə də, yan xətt hakimi hər şeyi ona xəbər verdi, nəticədə Zidan qırmızı vərəqə alıb meydanı tərk etdi.

Sonradan məşhur futbolçu öz hərəkətini onun ailəsinə yönələn təhqirə reaksiya kimi izah etdi.

Oyunu və çempionatı isə 11 metrlik cərimə zərbələri ilə İtaliya millisi oldu.

VİDEO: Zidan başını itirib “kəlləsini” işlədir

3. Qərbi Almaniya – Avstriya. 1982

Bu oyunda baş verən biabırçılıqdan sonra FİFA dünya çempionatının keçirilməsində dəyişikliklər etdi. Səbəbinin tarixçəsi isə belə idi.

Eyni qrupa düşən Almaniya və Avstriya qrupun son oyununda görüşürlər. Bundan əvvəl Əlcəzairə və Çiliyə qalib gələn Avstriya demək olar ki, növbəti mərhələyə keçidini təmin edib, bunun üçün o Almaniyaya 0-1 hesabından artıq top fərqilə uduzmamalıdır.

Çempionatı gözlənilmədən Əlcəzairə uduzmaqla başlayan Almaniya ikinci oyunda Çiliyə qalib gəlmişdi. Yarışı davam etdirmək üçün Avstriya ilə oyunda onlara ancaq qələbə lazım idi. Özü də əgər Almaniya qonşuları ilə oyunu 1-0-dan artıq hesabla udsa idi, Almaniya və Əlcəzair keçirdi növbəti mərhələyə. Almanalrın hec-heçəsi və ya məğlubiyyəti baş versə isə Əlcəzair və Avstriya yarışı davam etdiridi.

Bir sözlə, 1-0 hər iki tərəfi təmin edirdi və artıq oyunun 10-cu dəqiqəsində Almanlar bu hesabı əldə etdilər. Sonrakı 80 dəqiqəni isə tərəflər demək olar ki, futbol oynamadılar, yalnız meydançada vaxt öldürüdülər.

Bundan sonra FİFA oyun vaxtlarını elə dəyişdi ki, qrup oyunları hamısı eyni vaxtda başa çatsın.

Yeri gəlmişkən həmin çempionatda məhz Qərbi Almaniya dünya çempionu oldu.

2. Andres Escobar. 1994

Bu hadisə isə futbolun qara səhifələrindən biridir. Birləşmiş Ştatlarda keçirilən bu dünya çempionatının favoritləri arasında Kolumbiya millisi də var idi. Lakin onlar çempionata uğursuzluqla başlayıb Rumıniya yığmasına 1-3 hesabı ilə məğlub oldular.

Ona görə meydança sahibləri ABŞ millisi ilə görüşə Kolumbiyalıların böyük ümidi var idi.

Oyunun 30-cu dəqiqəsində amerikalılar topu Kolumbiyanın cərimə meydançasına qaldırılar. Onu geri qaytarmaq istəyən Escobarın ayağına dəyən top istiqamətini dəyişərək qapıya girir. Nəticədə ABŞ 2-1 hesabı ilə qələbə qazanır.

Sonuncu görüşü İsveçrəni məğlubiyyətə uğradan Koliumbiya öz çılğın azarkeşlərinə çox az təskinlik gətirir. Komanda yarışı davam etdirə bilmir.

Kolumbiyanin qrup mərhələsindən çıxa bilməməsi Escobar üçün faciə ilə nəticələnir. Oyundan 10 gün sonra onu bədənində 12 güllə yarası ilə ölü tapırlar.

Şaiyələrdən biri də yerli mafiyanın Escobarın avtoqolu nəticəsində totalizatorda çoxlu pul uduzduğunu deyir.

VİDEO: Escobarın fatal avtoqolu

1. Dieqo Maradona. 1986

Folklend (Malvin) adaları uğrunda İngiltərə və Argentina arasında baş verən qanlı müharibədən cəmi 4 il keçmişdi. İndi bu ölkələr futbol meydanında üz-üzə gəlirdilər.

Argentinalılar üçün dünya çempionatının bu ¼ finalında qələbə qazanmaq az qala uduzduqları hərbi münaqişənin əvəzi kimi gözdən keçirilirdi. İngilislər də az həyəcan keçirmirdilər. Əsəblər tarıma çəkilmişdi.

25 yaşlı Maradona bu gərginliyi bir qədər də artırdı. İngilislərin qapısına tərəf qaldırılan topa hoppanaraq onu qapıçı Peter Shiltonun düz burnu ucundan rəqib qapısından keçirdi.

Oyunun hakiminə elə gəldi ki, Maradona topu kəllə ilə vurdu, əslində isə o topu yumruğu ilə qapıya salmışdı. İngilislərin kəskin etirazlarına baxmayaraq qolu hesaba alan hakim sonradan təkrar TV kadrlarına baxıb necə böyük səhvə yol verdiyini dərk etsə də artıq gec idi.

Maradona isə bu qolu məşhur “Bu, allahın əli idi” kimi ifadə ilə şərh etdi. Oyun 2-1 hesabı ilə Arentinanın xeyrinə bitdi. İngilislərin qapısına qələbə topunu da Maradona vurdu, onun rəqib komandasının yarısını keçərək vurduğu bu solo-qol futbol tarixinin ən gözəl qollarından biri idi.

VİDEO: Maradonanın “əl topuna” burada bax

ŞƏRH ETMƏK ÜÇÜN ƏSAS MƏQALƏYƏ QAYIT

XS
SM
MD
LG