Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:34

«Allah evinin sökülməsinə pis baxıram. Amma…»


Gündüz İsmayılov
Gündüz İsmayılov
«Allah evinin sökülməsinə pis baxıram. Amma sökülən Allah evidirsə…».

Bu sözləri «İşdən sonra» proqramında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov deyib.

ABŞ Dövlət Departamentinin hər il hazırladığı vicdan azadlığı ilə bağlı hesabatına toxunan komitə rəsmisi bu hesabatın hazırlanmasını müsbət qiymətləndirdiklərini bildirib. Deyib ki, hesabatda müsbətə doğru addımlar da öz əksini tapır. Ancaq İsmayılov hesabatı mövcud reallığı əks etdirmək baxımından obyektiv hesab etmədiyini söyləyib:

«Biz bunu qeyri-obyektiv hazırlanmış qüsurlu sənəd kimi qiymətləndiririk».

Azərbaycanın bəzi regionlarında, o cümlədən Bakıdakı məscidlərdə fəaliyyət göstərən türk imamlarının ölkəni tərk etməsi məsələsinə toxunan şöbə müdiri bildirib ki, onların demək olar ki, hamısının artıq Komitə ilə müqaviləsi bitib və yeni müqavilə bağlanmayıb.

«Fatimeyi Zəhra» və bu kimi qeydiyyatdan keçə bilməyən dini icmaların taleyinə gəlincə isə Gündüz İsmayılov bildirib ki, əgər dini icmalar qanunvericiliyə uyğun sənədlərini hazırlayıb Komitəyə təqdim etsələr, onların qeydiyyatı məsələsinə qanuni yolla baxılacaq.

G.İsmayılovun sözlərinə görə, məscidlərin dini icmaları qeydiyyat üçün Komitəyə müraciət etmirlər və yaxud da təqdim etdikləri sənədlərdə qanun pozuntusuna yol verirlər.



/Hazırladı Kamran Mahmudov/
XS
SM
MD
LG