Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:41

Anım mərasimində fikir ayrılığı nədədir?


Neft Akademiyasında baş verən qanlı olayların ildönümünün qeyd olunması ilə bağlı gənclər arasında fikir ayrılığı yaranıb.

Bir həftə olar ki, ictimai fəal gəncləri «ADNA qurbanlarını necə anaq» sualı düşündürür.

Müsavat Gənclər Təşkilatı bu barədə Bakı Şəhər İcra Hakimiyyətinə anım mərasiminin keçirilməsi ilə bağlı xatırlatma məktubu göndərib. İcra Hakimiyyəti mərasimin yeri ilə razılaşmayıb, cavab yazıb ki, Binəqədi qəsəbəsinin İdman Sağlamlıq Kompleksinin stadionu, Səbail rayonu, 20-ci yaşayış sahəsində sürücülük məktəbinin həyətindəki meydança və ya Xətai rayonunda yerləşən meydança ADNA qurbanlarını anmaq üçün daha məqsədəuyğundur.

Gənclərin başqa bir qrupu bu müraciətə qarşıdır: onlar əsasən heç bir siyasi təşkilatda təmsil olunmayan gənclərdir. Onlar hesab edirlər ki, anım mərasimi üçün heç bir qurumdan icazə istəməyə lüzum yoxdur. Və düşünürlər ki, bu məsələdə siyasi partiyalarda fəallıq göstərən gənclərin önə çıxması anım mərasiminə siyasi çalar qatacaq, bu isə polis müqavimətinə səbəb olacaq. Bundan sonra da hakimiyyətin əlinə «müxalifət anım mərasimindən öz siyasi məqsədləri üçün yararlanır» ittihamı üçün fürsət veriləcək.

Fikir ayrılıqları bununla bitmir.

Anım mərasimini saat neçəyə planlaşdıraq? Ötən il hadisənin baş verdiyi saatmı uyğundur, yoxsa günorta?

Bu suallar ətrafında da ictimai fəal gənclər ortaq məxrəcə gəlməyiblər və Neft Akademiyasında öldürülənləri yad etmək üçün hər qrup öz çevrəsilə fərqli saatlarda toplaşmağı düşünür.

Bəs gənclərin anım mərasimi hansı formada olacaq?


ADNA qurbanlarını yad etmək üçün gənclərin yaratdığı Komitə hansı işləri görür?

«14-24»-ü dinləyin, Komitədən Xalid Freeman, Ramin DekoEmil Məmmədlinin müzakirələrindən xəbərdar olun...
XS
SM
MD
LG