Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:28

Aslan İsmayılov: «Hadisənin terror aktı olması şübhəsizdir»


Bu, Azərbaycan üçün qeyri-adi hadisə idi, Bakı, 30 aprel 2009
Bu, Azərbaycan üçün qeyri-adi hadisə idi, Bakı, 30 aprel 2009
Aprelin 12-də Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş qətliamla bağlı hazırlıq iclası keçirilib. «İşdən sonra» verilişində bu məsələdən danışılıb.

Vəkil Aslan İsmayılov deyir ki, hadisənin terror aktı olması birmənalıdır.

Qətliamda həlak olan Tamilla Əzizovanın oğlu Anar Əzizov isə deyir ki, bu, Azərbaycan üçün qeyri-adi hadisə idi: «Çox gözləyirəm ki, məhkəmədə faciənin səbəbləri açıqlanacaq. Hesab edirəm ki, məhkumların günahı varsa, cəzalarını maksimum almalıdırlar».

Qətliamda həlak olmuş Taleh Məmmədovun qardaşı Turqut Məmmədov isə deyir ki, işin gedişi ilə onları tanış ediblər: «Təqsirləndirilən şəxslər özlərini təqsirsiz bilirlər. Bu da təbiidir. Heç kəs boynuna almaz».

Qətliamda həlak olmuş Ramiz Abdullayevin atası Elşad Abdullayev:

«Hələ mən aydınlaşdırmamışam ki, bu hadisə niyə ADNA–da baş verdi? Versiyalar müxtəlifdir. Hamımızın fikirləri ola bilər, amma əsas həqiqəti məhkəmənin sonunda öyrənəcəyik».

ƏTRAFLI PROQRAMI DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /

FORUMDA MÜZAKİRƏLƏRƏ QATIL

HƏMÇİNİN OXU

Müttəhimlər işgəncə altında İfadə verdiklərini deyirlər
XS
SM
MD
LG