Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 12:40

Moskva metrosundakı partlayışların tarixi


Moskva 29 mart 2010. Təcili yardım vertolyotu hadisə yerində
Moskva 29 mart 2010. Təcili yardım vertolyotu hadisə yerində
11 iyun 1996-cı il. Serpuxovo xəttində hərəkət edən qatarda partlayıcı maddə işə düşüb. 4 nəfər həlak olub, 12 nəfər yaralanıb.

1 yanvar 1998-ci il. "Tretyakovskaya" stansiyasında partlayış baş verib. Qadın çantasında yerləşdirilən partlayıcı qurğu 150 qram trotil gücündə olub. Metronun 3 əməkdaşı yaralanıb.

5 fevral 2001-ci il. "Belorusskaya" stansiyasında 200 qram troril gücündə əldəqayırma partlayıcı qurğu işə düşüb. 20 nəfər yaralanıb.

6 fevral 2004-cü il. "Zamoskvoreşya" xəttinin "Avtozavodskaya" və "Paveletskaya" stansiyaları arasında hərəkət edən qatarın 2-ci vaqonunda güclü partlayış baş verib. Metro tunnelində yanğın baş verib. Partlayışın gücü təqribən 4-5 kiloqram trotil vahidinə bərabər olub. 41 nəfər həlak olub, 250 nəfər yaralanıb.

31 avqust 2004-cü il. "Rijskaya" stansiyasının girişində qadın intiharçı üstündəki partlayıdıcı maddəni işə gətirib. 10 nəfər həlak olub. Ölənlər arasında "Karaçayev camatı" təşkilatının rəhbəri Nikolay Kipkeyev də olub. Onun bu partlayışı təşkil etdiyi bildirilir. Partlayışda 50 nəfər yaralanıb.
XS
SM
MD
LG