Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:19

İsa Qəmbər: «Fəallıq olmasa, rejim dəyişməyəcək»


İsa Qəmbər
İsa Qəmbər
«Rejim ölkədə elə şərait yaradıb ki, insanlar kütləvi tədbirlərə gəlməkdən çəkinirlər».

Bunu Müsavat partiyasının başqanı İsa Qəmbər «İşdən sonra» proqramında deyib.

Milli Azadlıq Hərəkatının fəallarından biri Ənvər Əliyev hesab edir ki, indiki şərait sərtliyi və amansızlığı ilə sovet dövründəki vəziyyətdən fərqlənir:

«İctimai rəylə idarə olunmayan ölkələrin fəaliyyəti hamıya məlumdur. Heç istəməzdik ki, Azərbaycan kimi düşüncə, elmi potensialı olan nəhəng ölkədə belə xırda ürək açmayan proseslərin getsin. Mən elə başa düşürəm ki, zaman gec tez hər şeyi yerinə qoyacaq. Məsələ bundadır ki, ölkədə indi o atmosfer yaranıb ki, müəyyən qrup insanlar etirazlara qoşulursa özü də ailəsi də cəzalandırılır, təqib olunur, biz qrup vəzifəni zəbt etmiş insanlar onlara amansız baxırlar».

İNSANLARIN BAŞI NƏYƏ QARIŞIB?

«Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə siyasi aktivliyin azalmasının səbəblərini sadalayıb:

«Bu gün insanları sadəcə olaraq siyasi fəallıqdan çəkindirən bir çox amillər var ki, bu amillərdən birincisi kobud, amansız güc qarşısında olan qorxudur. İkinci, özünün və yaxınlarının təqib olunma qorxusudur, üçüncüsü, sosial təminat problemləridir ki, insanlar o problemlərin həlli ilə məşğuldurlar.
Ərəstun Oruclu
Dördüncü isə insanlarda inam yoxdur ki, nəsə dəyişəcək».

Müsavat Partiyasının başqanı İsa Qəmbər Müsavat partiyasının mitinqlərə hazırlaşdığını xəbər verib:

«FƏALLIQ OLMASA, REJİM DƏYİŞMƏYƏCƏK»

«Müsavat Partiyası son illərdə mümkün olan olmayan bütün vasitələrdən istifadə edərək cəmiyyəti fəallaşdırmağa başlayıb. Bu illər ərzində keçirdiyimiz ən müxtəlif tədbirlər mitinqlər cəmiyyətin fəallığını artırmağa yönəldilib. Son illər biz parlament seçkilərə hazırlıq prosesinə keçmişik. Mitinqlər keçirmək niyyətindəyik. Bu yaxınlarda bizim kütləvi tədbirləri bərpa etmək və mitinqlərə başlamaq fikrimiz var. Buna da nail olacağıq. Rejim ölkədə elə şərait yaradıb ki, insanlar kütləvi tədbirlərə gəlməkdən çəkinirlər. Amma rejim nə qədər murdar olur-olsun insanlar başa düşməlidirlər ki, fəallıq olmasa, rejim dəyişməyəcək».

Harvard Universiteti Kennedi məktəbinin ictimai siyasət üzrə məzunu Bəxtiyar Hacıyev hesab edir ki, Azərbaycanda xüsusilə gənclərin və tələbələrin aktivləşməsi vacibdir:

GƏNCLƏR FƏDAKARLIĞA HAZIRDIR

Bəxtiyar Hacıyev
«İstər Azərbaycanda, istər digər ölkələrdə tələbə və gənclər müsbət şəkildə aktivləşdirilsə, düzgün istiqamətləndirilsə inanıram ki, müsbət effekt verəcək, çünki onlar əhalinin digər qruplarından fərqli olaraq, daha çox fədakarlığa hazır olurlar. Küçədə qalmağa, ac qalmağa razı olurlar».

Bəxtiyar Hacıyev qeyd edib ki, özü də parlament seçkilərinə hazırlaşır.

«Azərbaycanda mənim görmək istədiyim siyasi partiya olsa, yüksək dəyişikliklər hazırlayan, ümid vəd edən və özünə inamı olan, qələbəyə inamı olan hansısa hərəkat olsa, qoşularam. Mən özüm də alternativ gözləmək fikrində deyiləm. Bu ilki parlament seçkilərində namizəd olaraq iştirak etmək niyyətindəyəm».

«İLHAM ƏLİYEV: ÖLKƏNİN HƏYATI MEYDANLARDA MÜƏYYƏN OLUNMUR»

Hakimiyyətyönümlü «Ana Vətən» Partiyasının sədr müavini, deputat Zahid Oruc deyib ki, hamıdan siyasi aktivlik tələb etmək yanlış bir şeydir:

«1999–cu ildə İlham Əliyev neft şirkətinə vitse-prezident olan zaman yazdığı məqalələrin birində demişdi ki, ölkənin həyatı başqa istiqamətdə inkişaf edir. Ölkənin həyatı meydanlarda müəyyən olunmur. Mənə elə gəlir müxalifət başqa müstəvidə fəaliyyət göstərməlidir».
XS
SM
MD
LG