Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:37

Əfv fərmanları siyasi məhbus problemlərini həll edirmi?


Emin Fətullayev, Rəşid Hacılı və Sahib Məmmədov
Emin Fətullayev, Rəşid Hacılı və Sahib Məmmədov
Bu dəfə «Panorama» verilişində hüquq müdafiəçiləri Sahib Məmmədov, Rəşid Hacılı və hazırda həbsdə olan jurnalist Eynulla Fətullayevin atası Emin Fətullayev prezident İlham Əliyevin əfv fərmanını dəyərləndirirlər.

Rəşid Hacılı:

«Prezidentin əfv fərmanı heç şübhəsiz ki, humanist bir addımdır. Ancaq əfv fərmanları siyasi məhbus problemlərini həll etmək, jurnalistlərə olan təzyiqlərin qarşısını almaq üçün çoxsaylı vasitələrdən biridir. Əslində, bu, daha çox hakimiyyətin iradəsindən, qanunların işləməsindən, məhkəmələrin müstəqilliyindən asılıdır. Siz fikir verirsiniz, bu vaxta qədər hələ Azərbaycanda bir siyasi məhbus da əfv fərmanlarından kənar azadlığa qovuşmayıb…».

Sahib Məmmədov:

«Bu məsələdə hakimiyyətin iradəsindən başqa amillərə də diqqət verilməlidir. Əslində, bir çoxları üçün siyasi məhbus problemi alver mövzusuna çevrilib. Bundan hökumət də, daxildə və xaricdə olan hüquq müdafiə təşkilatları da bəhrələnirlər. Baxın, on minlərlə insanın mülkiyyət hüququ tapdalanır. Ancaq onlar heç yada düşmür. Yəni, 3-5 siyasi məhbusun daim gündəmdə qalması total pozuntuları yaddan çıxarıb. Üstəlik, siyasi məhbusların dairəsi də dəqiq müəyyən edilməlidir. Narkomanlar, qatı cinayətkarlar bu siyahılara daxil edilməməlidir...».

Emin Fətullayev:

«Mən oğlumun əfv siyahısına düşməməsinə təəccüblənmirəm. Ötən ilin dekabrında Eynullaya qarşı uydurma cinayət işi açılanda bəlli idi ki, onu azadlığa buraxmayacaqlar. Əslində, hakimiyyət istəsə, bir fərmanla bütün siyasi məhbuslara, vicdan məhbuslarına azadlıq verə bilər. Ancaq mən o fikirlə razıyam ki, hüquq-müdafiə təşkilatlarının hərəsi bir siyahı tərtib etməməlidir. Bu, daxildə də, xaricdə də çaşqınlıq yaradır…».

Buna da bax:

XS
SM
MD
LG