Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:35

«Tıxac - harınlığın problemidir»


Zöhrab İsmayıl
Zöhrab İsmayıl
«Beş ildən sonra şahidi olacağıq ki, qoymağa pul da yoxdur, heç nə də dəyişməyib».

Milli Büdcə Qrupu Koalisiyasının üzvü Zöhrab İsmayıl «İşdən sonra»da belə deyib.

Bu gün qonaqlar verilişdə bitməyən təmirlərə büdcə investisiyalarının pərdə arxasından danışıblar. Zöhrab İsmayıl:

- Artıq beş ildir ki, Azərbaycanda dövlət investisiyaları həyata keçirilir. Bunun təsirlərini qiymətləndirmək vaxtı gəlib çatıb. Beş ildir təxminən 15 milyard manat vəsait qoyulub. Bu beş ildə qoyulan investisiyaların effekti nədən ibarət oldu? İndiyə kimi şahidi olmadıq ki, hökumət desin ki, infrastruktura qoyduğumuz bir manat iqtisadiyyata hansısa təsir göstərəcək. Qoyulan investisiyaların son məqsədi iqtisadi inkişaf olmalıdır.

Millət vəkili Nazim Məmmədov isə bunun əksini iddia edib:

- Ümumilikdə təbii ki, dövlət büdcəsinin vəsaitlərinin xərclənməsinə nəzarət mexanizmi var. Xərclərin özünü doğrultması məsələsi mürəkkəb prosesdir. Bu gün bunu hesablamaq qeyri-mümkündür. Yolların çəkilməsi də, körpülərin salınması da Azərbaycan əhalisinin həyat şəraitinə təsir edən məqamdır. İnsanların daha az məsrəflə öz həyat şəraitinin irəliləyişini təmin etməsi yaranacaq, dolayısı yolla ölkə gözəlləşəcək

Zöhrab İsmayıl hesab edir ki, Gənclik meydanında tikiləcək tunellər o qədər də vacib əhəmiyyət daşımır:

Nazim Məmmədov
- Bu gün Azərbaycanın rayon və şəhərlərinin su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi neçə illərdir ki, təxirə salınır. Gənclikdə tıxac var, velosipedlə getsinlər, piyada getsinlər, amma su problemi daha ciddi problemdir. Tıxac - harınlığın, bolluğun problemidir. Amma su sisteminin təkmilləşdirilməsi yoxsulluğun problemidir.

Nazim Məmmədov isə belə deyib:

- Biz zaman çatacaq, necə ki, Valyuta Fondunu kənarlaşdırdıq, eləcə də Dünya Bankına ehtiyacımız qalmayacaq. Su problemi, kanalizasiya problemi bizim necə ki, deyirlər bu, bizim təhlükəsizlik məsələsidir. Amma buna ölkənin imkanları yavaş-yavaş çatır. Biz neft amilini insan amilinə keçiririk. Bütün bunların hamısı müasir standartlara gətirib çatdırılmalıdır.

PROQRAMI DİNLƏYİN.

/Hazırladı Gülər Qasımova/
XS
SM
MD
LG