Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:33

«Bunlar mənim bığıma baxırlar, əlimə yox»


Vaqif Mustafazadə
Vaqif Mustafazadə

-

Martın 16-da Azərbaycanın ünlü cazmeni Vaqif Mustafazadənin 75 yaşı tamam oldu.

Sizə AzadlıqRadiosunun «Can Bakı» proqramında səslənmiş «Vaqif Mustafazadə necə Bakının simvoluna çevrildi?» mövzusunda söhbəti təqdim edirik.

Qonağımız Vaqif Mustafazadə mənzil muzeyinin direktoru Afaq Əliyevadır.

Afaq xanım Vaqifin dayısı qızı olduğunu, lap uşaqlıqdan Vaqifgildə, anası Zivər xanımın yanında böyüdüyünü qeyd etdi və çox kövrəldi: «Mən Vaqifin sevimli bacısı olmuşam».

VAQİFİN XASİYYƏTİ MUSİQİSİNƏ HOPMUŞDU

Həyatında çox musiqiçilərlə ünsiyyətdə olduğunu deyən Afaq xanım «Vaqif kimi insan görməmişəm. O həm böyük insan, həm də böyük musiqiçi idi. Xasiyyəti musiqisinə hopmuşdu» - deyə vurğuladı.

VAQİF NEFTXUDA NƏVƏSİYMİŞ

Qonağımız Vaqifin hansı nəsildən, kökdən, gəldiyini də danışdı. Zivər xanımın atası Ağasəf Əliyevin Bakının 5 neftxudasından biri olduğunu bildirdi. Ağasəf Əliyevin həyat yoldaşı Sonaxanımı yaxşı xatırladıqlarını, Vaqifin də nənəsini çox sevdiyini vurğuladı. Seyidzadə soyadını daşıyan bu xanım da Bakının tanınmış və zəngin bir ailəsindənmiş. Hətta Mir Möhsün Ağaya qohumluqları çatırmış.

VAQİF HƏM DƏ ÇƏLƏBİ XANIN NƏSLİNDƏN İMİŞ

Afaq xanım Vaqifin ata tərəfinin şəkili olduğunu bildirdi. Ən maraqlısı, onlar Çələbi xanın nəslindənmişlər.

Vaqif Mustafazadənin pianosu

Qonağımızın bildirdiyinə görə, Vaqif ata tərəfini də çox istəyirmiş. Adlı-sanlı Mustafazadələr soyadının təmsilçiləriylə dostluq edirmiş:

Vaqifin musiqi qabiliyyətini Üzeyir bəyin tələbəsi olan anasından aldığını bildirən Afaq xanım, atası Əziz bəyin də musiqi ilə bağlı bir adam olduğunu qeyd etdi: «O, hərbi həkim olsa da, tarda və kamanda gözəl çalırmış».

ZİVƏR XANIM ÜZEYİR BƏYİN TƏLƏBƏSİ OLUB

Gözəl piano çalan Zivər xanım Bakıda ilk muğam dərsi verən müəllim olub. Zivər xanımın hətta ona da (Afaq xanıma) muğam çalmaq öyrətdiyini deyən qonağımız «Vaqif doğuluşundan muğam üstə köklənmişdi» fikrini söylədi.

VAQİF İLK DƏFƏ CAZI «AMERİKANIN SƏSİ» RADİOSUNDAN EŞİDİB

Vaqif ilk dəfə cazı «Amerikanın səsi» radiosunun yarım saatlıq proqramından dinləməyə başlayıb. «Həmin radio indi muzeyimizdə qorunur. Vaqif cazı bütün qəlbiylə sevdi və muğamla cazın sintezini yaratdı».

ONLAR MƏNİM BIĞIMA BAXIRLAR, ƏLİMƏ YOX

Afaq xanım Vaqifin paxıllarından da söz açdı. Onun saçına, geyiminə, hətta bığına irad tutanların olduğunu dedi: «Bütün bunlar Vaqifə pis təsir edirdi. Bir dəfə gülərək mənə demişdi ki, bunlar mənim bığıma baxırlar, əlimə yox».

Vaqif Mustafazadə mənzil muzeyi

Onun ölümünə də belə münasibətin səbəb olduğunu bildirən Afaq xanım «Vaqif mərd insan idi.

Ona görə də, hər şeyi ürəyinə salırdı.

39 yaşında yox oldu Vaqif...».

- Afaq xanım Əzizə və anası ilə aralarındakı soyuqluğa necə aydınlıq gətirdi?

2010

XS
SM
MD
LG