Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:20

Futbol oyununda azərbaycanlı milli fəallar siyasi məhbusların azadlığını tələb ediblər


Martın 12-də Təbrizin «Traktorsazi» və Tehranın «Steel Azin» futbol klublarının oyunu meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Amma oyunda əsas hadisə bu olmayıb.

Oyunda milli fəallar «Azərbaycan var olsun, Mətinpur azad olsun!» və «Türk dilində mədrəsə!» şüarları səsləndiriblər.

Azərbaycanlı jurnalist və insan hüquqları fəalı Səid Mətinpur 2009-cu ilin iyulunda Tehran İnqilab Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib. O, əcnəbilərlə əlaqəyə girərək İran İslam Respublikasının dövlət quruluşuna qarşı təbliğat aparmaqda günahlandırılır.

«Amnesty International», «Sərhədsiz Reportyorlar» kimi beynəlxalq təşkilatlar onu vicdan məhbusu elan ediblər.

İran Konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə ana dilində təhsil hüququ tanıyır. Lakin sayı 20-35 milyon arasında ehtimal edilən azərbaycanlıların ana dilində məktəbi yoxdur.

XS
SM
MD
LG