Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:49

Rza Nuriyev tək deyildi


Rza Nuriyevin yas mərasimi
Rza Nuriyevin yas mərasimi
Günlərdir Azərbaycan mətbuatının gündəmindən düşməyən Bənənyar hadisələrindən 2 aya yaxın vaxt keçir. Yanvarın əvvəlində kəndə polis hücumundan sonra pıçıltı ilə danışmağa adət etmiş, qorxu içində yaşayan bənənyarlılar bir həftə bundan əvvəl vəfat etmiş Rza Nuriyevin yas mərasimində başlarına gələnləri ilk dəfə müzakirə edirlər.

ONUN ÖLÜMÜ ARAŞDIRILACAQMI?

İndi kənddə AXCP Culfa rayon təşkilatının mərhum sədri Rza Nuriyevə qohum olanı da, olmayanı da bir sual narahat edir - onun ölümü araşdırılacaqmı? Yaxınlarının gileyi həm 62 yaşlı qocaya işgəncə verənlərdən, həm də mətbuatda bu ölümə haqq qazandırmağa çalışanlardandır.

Rza Nuriyev Bənənyar kəndində Aşura mərasimindən sonra polis zorakılığına etiraz etdiyi üçün həbs olunan onlarla bənənyarlıdan biri idi. Naxçıvan Daxili İşlər Nazirliyi onu qanunsuz silahlı dəstə saxlamaqda, əhalini iğtişaşlara təhrik etməkdə günahlandırırdı. İttihamların heç biri sonra cinayət işi açılması üçün əsas verəcək qədər ciddi olmasa da, 17 gün həbsdə saxlandıqdan sonra azadlığa çıxan Rza Nuriyev yaxınlarına işgəncələrə məruz qaldığını söyləmiş və işgəncənin nəticəsi olaraq ağrılardan şikayətlənmişdi.

MƏNİM ƏRİMİN ÜRƏYİ POLAD KİMİ İDİ

Mərhumun həyat yoldaşı Südabə Fərzəliyeva ərinin əvvəllər də ürək xəstəliyindən əziyyət çəkməsindən yazan mətbuatdan gileylidir. Deyir mənim ərimin ürəyi polad kimi idi:

- Bəlkə də poladdan da möhkəm idi. İndi ona qarşı edilən qəddarlıqlardan dolayı öldüyünü bir tərəfə qoyub, ürək xəstəsi olmasından danışırlar. Üstəlik, ailə üzvlərinə də istinadlar edirlər.

Südabə xanımın sözlərinə görə, ərinə həbsdə olduğu müddətdə güclü fiziki və mənəvi təzyiqlər olub. Aldığı fiziki zərbələr nəticəsində onun ayaqlarında, böyrəklərində və ciyərlərində ciddi zədələnmələr olub. Bunu hətta ölümündən bir gün əvvəl ona baxan həkim də təsdiqləyib.

Südabə Fərzəliyeva
Südabə xanım həkimin yazılı rəyini dəyişdirə biləcəyindən də narahatdır. Çünki, R.Nuriyev xəstəxanada vəfat etdiyindən keçirdikləri təlaşdan həkim rəyini almayıblar.

R.Nuriyevin yaxınları hökumətdən Bənənyar kəndində baş verənlərə biganə qalmamağı və obyektiv hüquqi qiymət verməyi tələb edirlər. R.Nuriyevin bacıları:

ONUN AYAQLARINI GÖRƏN DƏHŞƏTƏ GƏLƏRDİ

- Qardaşımın ayağında, bədənində olan «dubinka» izləri mənim heç vaxt yadımdan çıxmayacaq. Mən hökumətə, prezidentə üzümü tutub kömək istəyirəm, heç kimə bu qədər əziyyət verilməməşdi. Onun ayaqlarını görən dəhşətə gələrdi. «Dubinka»nın izləri bədənindən getməmişdi. Mən qardaşımla fəxr edirəm, bütü Bənəniyar onunla fəxr edir.

Bənənyarda məlum hadisələrdən sonrakı iki ay ərzində fiziki və mənəvi təzyiqlərə məruz qalan kənd sakinlərindən Rza Nuriyev, Əliyar Əliyev, Eldəniz Cəbiyev və Fərzalı Əliyev vəvat edib, Əli Rəhimov isə həbsdə olan müddətə aldığı xəsarətlərdən ağır xəstə olaraq yataqdadır. Bundan başqa, bir neçə nəfər müəllim, eləcədə digər işçilər işdən çıxarılıblar.
XS
SM
MD
LG