Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:39

«Eurovision-2010» şansını itirənlər


Norveçin paytaxtı Osloda keçiriləcək «Eurovision-2010» mahnı müsabiqəsində Azərbaycanı kimin təmsil edəcəyi isə fevralın son günlərində açıqlanacaq

«Eurovision-2010» müsabiqəsinin milli yarımfinal konserti artıq geridə qaldı. Eurovision iddialı 6 namizəddən - 3-ü «Milk&Kisses» qrupu, Səfurə Əlizadə və Məryəm Şabanova finala vəsiqə qazandı. Azad Şabanov, Ülviyyə Rəhimova və Elli Miçiyeva isə müsabiqədə azərbaycanı təmsil etmək şanslarını itirdilər.

Hazırda finalçılar hazırlıq keçmək və mahnı yazdırmaq məqsədilə Kiyevdə səfərdədirlər. Bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək «Eurovision-2010» mahnı müsabiqəsində Azərbaycanı kimin təmsil edəcəyi isə fevralın son günlərində açıqlanacaq. Bu dəfə də seçimi münsiflər heyəti edəcək.

«Düşünürəm ki, «Eurovision» mahnı müsabiqəsinə göndəriləcək namizədin seçimi 50-50 prinsipi ilə aparılmalıdır. Yəni seçim imkanının 50 faizi münsiflər heyətinə verilməli, 50 faizi isə sms yolu ilə xalqa məxsus olmalıdır».

«Eurovision-2010» müsabiqəsinin milli yarımfinal iştirakçısı Ülviyyə Rəhimova bu fikirdədir. Ülviyyənin Eurovision-2010 arzusu germək olmasa da, özünü məğlub hesab etmir. Deyir ki, yarımfinala düşməsi belə, onu ölkədə tanıtdı. Amma hesab edir ki, seçim imkanı təkcə münsiflər heyətinə yox, həm də xalqa verilmiş olsaydı, o da üçlüyə düşərdi:

«Mənə xalq arasında dəstəyin çox olduğunu bilirdim. Heç tanımadığım insanlar zəng edib, e-mail yazıb bildirirdilər ki, məni üçlükdə görmək istəyirlər».

Ülviyyə Rəhimova yarımfinal konsertinin rəngarəng, mükəmməl təşkil olunduğunu desə də, finala vəsiqə qazanmamasının daha bir səbəbini texniki problemlərdə görür:

«Texniki problemlər yarandı deyə, istənilən səviyyədə çıxış edə bilmədim. Həm səslə bağlı problem oldu, həm də mahnının ikinci bəndindən sonra səhnəyə tüstü buraxıldı, bundan sonra oxumaq çətinləşdi».

Ülviyyə Rəhimova
Gözlə
Embed

No media source currently available

0:00 0:00:34 0:00
Direct-ə keçid


BU, BİR SİRDİR


Özü üçlüyə düşməsə də, gənc ifaçı hazırda Azərbaycanı «Eurovision-2010» mahnı müsabiqəsində təmsil etməyə şanslı olanların ifasını bəyəndiyini deyir. Amma 3 namizəddən kimi daha çox layiqli hesab etməsinə gəlincə, həmsöhbətim deyir ki, bu suala namizədlərin müsabiqə üçün yazılmış mahnını necə ifa etdiklərini eşidəndən sonra cavab verə bilər:

«Hələ ki nə mahnını, nə də namizədlərin bu mahnını necə ifa etdiklərini eşitməmişəm. Deyəsən, mahnını hələ sirr olaraq saxlayırlar».

«DEMOKRATİK ÖLKƏDƏ YAŞAYIRIQ, HƏR KƏS ÖZ FİKRİNİ DEYƏ BİLƏR»

Ülviyyə yarımfinal konserti zamanı səhnə geyiminin tənqidlə üzləşməsinə də münasibət bildirib. Konsertdən sonra yerli mətbuatda onun səhnə geyiminin həddən artıq açıq olması və mentalitetə uyğunlaşmaması barədə fikirlər səslənib. Gənc ifaçı isə hesab edir ki, onun geyimin Eurovision formatına uyğun seçilib:

«Biz demokratik ölkədə yaşayırıq, hər kəs öz fikrini deməkdə azaddır. Amma mən hesab edirəm ki, əsas harada necə geyinməyi bilməkdir. Mənim geyimim Eurovision formatına uyğun idi».

Ülviyyə gələn il də Eurovision mahnı müsabiqəsində iştirak etmək üçün milli seçim mərhələsinə qoşulacağını deyir:

«Ola bilsin ki, gələn il də müsabiqəyə qoşulmaq üçün iddialı olum, niyə də yox? Belə olsa bu dəfə daha çox diqqəti vokala verəcəm, bu il olduğu kimi şouya yox».

Azad Şabanov
Gözlə
Embed

No media source currently available

0:00 0:00:20 0:00
Direct-ə keçid


«MƏNFİ TƏRƏFLƏRİMİ AÇIB AĞARTMAMALIYAM»


«Müsabiqələrdə iştirakı, rəqabəti sevirəm. Təbii ki, ən əsas da qalib gəlməyi sevirəm».

Bunu isə finala keçə bilməyən digər namizəd – Azad Şabanov deyir. Münsiflər heyətinin seçiminə münasibəti ilə bağlı sualı cavablandırmaq istəməyən gənc müğənni öz ifası barədə də danışmağa üstünlük vermədi:

«Öz ifam barədə mənim yox sizin danışmağınız düzgün olar. Mən bir müğənni kimi hansısa pilləyə can atıramsa, hansısa məqsədim varsa, gərək öz müsbət yox, mənfi tərəflərimi görüm və bunları açıb ağartmayım, əksinə düzəldim, yox edim».

Azad Şabanov hazırda müsabiqədə iştiraka iddialı hər üç namizədin ifa tərzini bəyəndiyini də deyir.

«Hər bir azərbaycanlı kimi Azərbaycanın ön sıralarda olmağını istəyirəm. Düşünürəm ki, ifa olunacaq mahnıda da mütləq milli element olmalıdır».

27 yaşlı Ülviyyə Rəhimova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Tələbəlik illərində «Bəri bax» vokal qrupunda oxuyub. 19 yaşlı Azad Şabanov isə «Qızıl açar-2003» mahnı festivalının və «Yeni Ulduz» televiziya pop-estrada mahnı müsabiqələrinin qalibidir. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada müğənnisi fakültəsində təhsil alır.
XS
SM
MD
LG