Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:33

«Bakıelektrikşəbəkə» «Azərenerji»ni məhkəməyə verəcəkmi?


«Bakı Elektrik Şəbəkə»nin sözçüsü Tanrıverdi Mustafayev «İşdən sonra»nın suallarını cavablandırır.

Ölkədə strateji obyektlərin bu gün elektriki kəsilib, vətəndaşların rahatlığı pozulub və bir çox vətəndaşların təkcə rahatlığı pozulmayıb, ümumiyyətlə çox ciddi stress keçiriblər. Nə ilə izah olunur? Səbəbi bəlli oldumu bu hadisənin? Və kimdir günahkar?

Artıq kütləvi informasiya sahələrinə də səbəb bəlli oldu və «Bakı Elektrik Şəbəkə» (ASC)-yə aid olmayan xətlərdə qəza baş verib.
Biz elektrik enerjisi paylayıcı bir şəbəkəyik. Biz də elektrik enerjini «AzərEnerjiTəchizat»dan alırıq. Bizim şəbəkələrimizdə və bizim xətlərimizdə yük olmadıqda abonentlərimiz elektrik enerjisi təchizatı ala bilmirlər. Fasilələr yaranır. Təbii ki, biz də narahatçılıq keçiririk adicə bir abonentimizin mənzilində elektrik enerji təchizatı olmasa. Ancaq təbii ki, bunun səbəbi məlumdur.

Tanrıverdi bəy, məhkəməyə verəcəksinizmi «AzərEnerji»ni, sizin elektrik enerjinizi kəsdiyinə görə?

«Bakı Elektrik Şəbəkə» çalışır ki, 24 saat dayanıqlı fasiləsiz elektrik enerjisi ilə öz abonentlərini təchiz etsin. Bu bir hüquqi məsələdir, bilirsiz, biz demokratik bir cəmiyyətdə yaşayırıq. Təbii ki, indi hesablanar, hər hansı bir bizim sistemimizdəmi, hər hansı bir xətlərimizdəmi hansısa bir problem olarsa bizim hüquq şöbəsi tərəfindən baxılar, araşdırılar. Hal-hazırda heç bir bizim xətlərimizdə problem yoxdur. Artıq elektrik enerjisi alırıq. Yəni şəhərin əksər hissəsində var.

Bəs məhkəməyə necə, verəcəksiniz?

Mən sadəcə mətbuat xidmətinin rəhbəri olaraq hansı suallarınız var onları cavablandırım.

Amma Azad İstehlakçılar Birliyinin nümayəndəsi Ələkbər bəy deyir ki, sizin abonentlərin sizi məhkəməyə vermə haqqı var.

Təbii ki, yəni bu tam hüquq müstəvisində araşdırılmalıdır ki, səbəb kimin ucbatındandır. Təbii ki, bunlar hamısı hüquq çərçivəsində həll olunmalıdır.

Kompensasiya ödəyəcəksinizmi abonentlərə?

Bu sualları hər halda bizim hüquq şöbəsinə ünvanlasanız, daha yaxşı olar. Ordan sizə hüquqi məlumatlar tam verilə bilər.

İndiyə kimi vermisinizmi məhkəməyə?

Biz ümumiyyətlə marağında deyilik ki, hansısa problemləri hansısa danışıqlar yolu ilə aparaq. Mənim məlumatım yoxdu, bu günə kimi məhkəməyə verilməsi barədə.

Aydındır. Təşəkkür edirəm. Ələkbər bəyin sualı var.

Ələkbər Ağasıyev: Tanrıverdi müəllim, yəqin sizin də xəbəriniz var. Müxtəlif televiziya kanallarında bir məlumat getdi ki, 16 yaşlı cavan bir oğlan, mənzilində 4 gün enerji təchizatı olmadığından atasının sürdüyü avtobusda gecələyib, mühərrik işlək vəziyyətdə olduğundan və səhər onun dəm qazında boğulmuş meyitini tapıblar. Yəni enerji təchizatı olmadığı səbəbindən bu adam isti yer axtarıb ki, evdə yata bilsin ki, avtobusda yatıb. Artıq insan tələfatı var enerji qıtlığından. Sizin fikrinizcə, belə bir hadisə üçün kimsə cavab verməlidir, yoxsa yox?

Təbii ki, mən ürək ağrısı ilə deyirəm, Allah rəhmət eləsin. Həqiqətən mən sizdən eşidirəm bu məlumatı. Çünki, son günlər biz çalışırıq ki, gücləndirilmiş iş rejimində işləyək və mən hal-hazırda işdəyəm. Yəni gecə saat elə olur 3-də, gecə 3-də evə gələ bilmirəm. Təbii ki, bu narahatçılıqdır, ancaq biz istilik sistemi deyilik. Bu hadisə olub, kaş olmazdı. Yəni bir Azərbaycan cavan bir oğlanın dünyasını dəyişməsi. Yəni bu səbəbdən, bilirsinizmi bu taledir bəlkə də. Ancaq diqqətli olmaq lazımdır.
Biz mənzili işıqlandırılmasına cavabdehik. 2 gün bizim mənzilimizdə də işıq olmadı. Forsmajor olaraq qar yağarkən belə hallar olur. Diqqətli olmaq lazımdır. Biz həmişə çalışırıq 24 saat ərzində bütün xətlərimizi yoxlayaq, yarımstansiyalarımızı yoxlayaq, məntəqələrimizi yoxlayaq. Yəni strateji bir obyektdir. Təbii ki, bunlarda həmişə diqqətli olmaq lazımdır öz sahəmizdə.
XS
SM
MD
LG