Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:17

Samux sakininin şəhadətnamə və ev dərdi


Hazırda Həqiqət Əliyeva 3-cü sinifdə oxumalıdır. Amma onun kimliyini təsdiqləyən sənədi olmadığından təhsil ala bilmir.
Hazırda Həqiqət Əliyeva 3-cü sinifdə oxumalıdır. Amma onun kimliyini təsdiqləyən sənədi olmadığından təhsil ala bilmir.
Samux rayonunun Kolayır kənd sakini Cavid Əliyev deyir ki, 11 yaşlı uşağına doğum haqqında şəhadətnamə ala bilmir. Həqiqət Əliyeva uşaq evində böyüyüb, sonradan atası onu evinə gətirib. Amma indi Cavid Əliyev uşağa sənəd ala bilmədiyi üçün onu yenidən dövlətə təhvil vermək istəyir:

- Mən hərbi qulluqda oldum, uşaq da iflic dünyaya gəlmişdi. İmkanımız olmadığı üçün yoldaşım uşağı təhvil vermişdi uşaq evinə ki, müalicə olunsun. Bakıdakı nevroloji-psixoloji dispanserə göndərilib, müayinə olunub və sağalıb.

EV DƏRDİ

Uşağının sənəd probleminin üstünə Cavid Əliyevin ev dərdi də gəlib. O deyir ki, ev şəraiti yaşamağa əl vermirmiş, ölkə prezidentinin xanımı Mehriban Əliyevaya məktub yazıb. Məktubu cavabsız qalmayıb, ona yeni evin tikilməsinə göstəriş verilib. Amma deyir ki, elə evini daşını töküb bünövrəsini qazmışdılar ki, rayon rəhbərliyi ilə sözü çəp gəlib:

«DEDİLƏR RAZILIQ KAĞIZI VER»

- Mehriban xanıma ərizə yazandan sonra Vilyam Hacıyev (Samux rayon İcra Hakimiyyətinin başçısı) şəxsən özü üç dəfə bizə gəldi ki, siz Mehriban xanımın imzası ilə evlə təmin olunacaqsınız. Kərpic, sement tökdülər, binə də qazdılar sonra nə qərara gəldilərsə dedilər razılıq kağızı ver. Mən də bildirdim ki, dövlət hansısa yardımı edir, sonra razılıq kağızı verilir. Ona görə tikintini dayandırdılar.

«UŞAQ XƏSTƏLƏNƏNDƏ HƏKİMLƏR YAXIN DURMUR»

İndi Cavid Əliyevi narahat edən təkcə tikintisi yarımçıq qalan evi deyil, həm də əlil qızı Həqiqətə ata-anasının adı yazılmış doğum haqqında şəhadətnamə ala bilməməkdir:

- Uşağın doğum şəhadətnaməsində ata, ana adı yazılmayıb, uşaq da xəstələnəndə həkimlər yaxın durmur. Qəyyumluq şöbəsinin müdiri Məhəbbət xanımın qəbulunda olmuşuq, bizi kənd bələdiyyəsinə göndərib, amma hamı deyir ki, bu onun işidir.

Samux rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Azər Əhmədov deyir ki, rayonda Cavid Əliyevə hamıdan çox kömək edilib. Onun sözlərinə görə, evin tikintisinin yarımçıq qalmasının səbəbi şikayətçinin icra hakimiyyətindən hazır olmayan ev üçün inventarlaşma sənədi istəməsi olub:

«CAVİD ƏLİYEV TİKİNTİYƏ İCAZƏ VERMƏYİB»


- Cavid Əliyev 2008-ci ildə bizim sakin olub, əmisinin evinə qeydiyyata düşüb. O dövrdə müraciəti ilə bağlı «Nan» şirkətində iş təklif olunub. Ev şəraitinə görə köməklik olunub. 300 ədəd kərpic, sement, stol-stul verilib. Tikinti gedən vaxt invertarlaşma aktı tələb edib, tikintiyə icazə verməyib. Həmin materiallar onun həyətində durur.

Samux rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Məhəbbət Hüseynova isə deyir ki, Həqiqətə yaş kağızı ata-anasının məsuliyyətsizliyi ucbatından verilmir:

- Biz də hər hansı sənədi verərkən sənədlərə əsaslanırıq. Uşaq hansı xəstəxanada dünyaya gəlibsə, ordan bir arayış lazımdır. Tələb eləmişik, gətirib çıxarmayıblar.

Hazırda Həqiqət Əliyeva 3-cü sinifdə oxumalıdır. Amma onun kimliyini təsdiqləyən sənədi olmadığından təhsil ala bilmir.
XS
SM
MD
LG