Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 10:17

Müşahidəçilər hökumətə, yoxsa ədalətə xidmət edəcəklər?


18 mart referendumunda yerli müşahidəçilər
18 mart referendumunda yerli müşahidəçilər
- Siz hansı təşkilatdansınız?

- Qeyri müəyyən təşkilatdan…

- Nə! Bəlkə Qeyri Hökumət Təşkilatından?

- Bəli ondan.

- Bəs onun adı yoxdur?

- Var Aasciya…

- Bax, oxu sonra de…

- AVCİYA…

- Seçkilər necə gedir?

- Yaxşı…

Bu son prezident seçkilərində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasından olan bir müşahidəçi ilə söhbətimizdən bir parçadır. Bu təşkilat bələdiyyə seçkilərini də müşahidə etmək niyyətindədir.
Məhərrəm Zülfüqarlı
Məntəqələrin təqribən 3-də birində-yəni 1600-də onların müşahidəçiləri olacaq.

MÜŞAHİDƏÇİLƏR ÖZ TƏŞKİLATLARININ ADLARINI BİLƏCƏKMİ?

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyir ki, keçən seçkilərdə yaşanan problemlərin baş verməməsi üçün bu dəfə müşahidəçilərə ciddi təlimlər keçirlər:

«Yox daha siz dediyiniz hallar baş verməyəcək. Onlar ərizə dolduranda qeyd edirlər ki, AVCİYA-nın müşahidəçiləridirlər. Onları tam təlimatlandırırıq və vəsaitlə də təmin edirik».

Ancaq müşahidəçilər yenə referendum və prezident seçkilərində prosesi izləmiş insanlar arasından seçiləcəklər. Məhərrəm Zülfüqarlının deməsinə görə, əvvəlki seçkilərdə məntəqələri yarımçıq tərk edənlər bu dəfə müşahidəçilərin arasından çıxarılacaqlar. Qərargah rəhbəri hər hansı beynəlxalq təşkilatdan maliyyə dəstəyi almadıqlarını da deyir. Onun sözlərinə görə, bu koalisiya yalnız öz imkanlarına əsaslanır. Ancaq onlar hələ ki, qeydiyyat üçün MSK-ya müraciət etməyiblər.

MSK-DA QEYDİYATDAN 4 TƏŞKİLAT KEÇİB…

Bəşir Süleymanlı
Dekabrın 3-nə olan məlumata görə, müşahidəçilik üçün MSK-dan yalnız 4 təşkilat qeydiyyatdan keçib. Bunlar MDB Parlamentlərarası Assambleyanın Beynəlxalq Monitorinq İnstitutunun Bakı filialı, Əlillər Dünyası, Demokratiyaya Yardım və Demokratiyanı Öyrənmək İctimai Birlikləridir. Demokratiyanı Öyrənmək İctimai Birliyi isə cəmi 17 dairədə müşahidəçilik aparacaq. Həmin təşkilatın sədri Mirəli Hüseynov bunu maliyyə problemləri ilə izah edir:

«Bizim resurslar zəifdir. ATƏT bizə çox vəsait vermədi. Müqaviləyə əsasən 17 dairənin hər birində maksimum 10 məntəqədə müşahidəçilik aparacağıq».

Son prezident seçkiləri ərəfəsində qeydiyyatı ləğv edilən Seçki Monitorinq Mərkəzinin təsisçiləri isə bu seçkilərdə öz təşşəbbüsləri ilə müşahidəçilik aparacaqlar. Onlardan Bəşir Süleymanlı deyir ki, bununla belə bütün dairələrdə müşahidəçilik missiyasını yerinə yetirə biləcəklər. Çünki Kanada və Britaniya hökumətlərinin maliyyə yardımı ilə 1500-ə yaxın müşahidəçiyə texniki dəstək vermək niyyətindədirlər. Bəşir Süleymanlının sözlərinə görə, onların məqsədi seçkiyə demokratik görüntü vermək yox, pozuntular başa verərsə onu üzə çıxarmaqdır.
Şahvələd Çobanoğlu
O təəssüflə qeyd edir ki, son seçkilərdə müşahidəçi təşkilatların bir çoxu yalnız görüntüyə xidmət etdirlər:

MÜŞAHİDƏÇİLƏR HÖKUMƏTƏ YOXSA ƏDALƏTƏ XİDMƏT EDƏCƏKLƏR?

«Təəssüf ki, belə təşkilatlar çoxdur. Bu hökumətə lazımdır. Çünki seçkidən sonra biz obyektiv hesabat verəndə, çoxları bunun əksini söyləyir. Hökumət də beynəlxalq təşkilatlara deyir ki, siz niyə bir təşkilatın dediklərini əsas götürürsünüz? Digər təşkilatlar müsbət rəy veriblər».

«Azadlıq» və «Yeni Müsavat» qəzetlərinin yazarı Şahvələd Çobanoğlu isə deyir ki, seçkilər zamanı görüntüyə xidmət edən təşkilatların hökumətdən maddi asılılığı var. Onun fikrincə, söhbət bir çox hallarda qeyri peşəkarlıqdan yox, şüurlu şəkildə pozuntulara göz yummaqdan gedir:

«Bu heç seçkiyə oxşamır. Ona görə də hökumətə müstəqil təşkilatların rəyi lazımdır. Çünki bu seçki tamaşasına real seçki görüntüsü verirlər».

Hər halda bələdiyyə seçkilərində müşahidəçilik aparmaq istəyən təşkilatlar dekabrın 13-nə qədər MSK-ya müraciət edə bilərlər. Dairələrdə qeydiyyata düşmək üçün isə dekabrın 18-nə qədər müraciətlər keçərli sayılır.
XS
SM
MD
LG