Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:33

KİLSƏNİN TƏMİRİNƏ 40 MİN AVRO, TALASSEMİYA MƏRKƏZİNƏ 18 MİLYON DOLLAR


Bu ilin yayında Heydər Əliyev Fondu Strasburq kafedral kilsəsinə - «Bizim ledi» kilsəsinə 40 min avro bağışlayıb. İanə «Tolerantlığın ünvanı - Azərbaycan» adlı layihə çərçivəsində edilmişdi.

Talassemiya Mərkəzinin tikilməsi layihəsinin ümumi dəyəri 18 milyon ABŞ dollardır. Bu mərkəz Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa olunub.

Bu yaxınlarda Ağsuda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunacaq Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin təməlqoyma mərasimi keçirilib. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində inşa ediləcək məktəbin smeta dəyəri 650 min manatdır.

Ümumiyyətlə, yaradıldığı vaxtdan Fondun vəsaiti hesabına 300-dən artıq orta məktəb binası istifadəyə verilib.

Bundan başqa, Pakistanda baş vermiş zəlzələdən sonra qızlar üçün 650 yerlik orta məktəb binası tikilib. Bu məktəbin tikintisinin 750 min ABŞ dollarına başa gəldiyi bildirilir. Həmin məktəb binası Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində xarici ölkədə tikdirdiyi ilk təhsil ocağıdır.

Bu yaxınlarda Misirdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adına məktəb açılıb.
XS
SM
MD
LG