Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:36

«Uşaqlar var, şərait yoxdur», yoxsa əksinə?


«Məqsədyönlü insanlar üçün hər yerdə şərait var. Əsas odur ki, insanların ideyası, məqsədlərə gedən aydın yolu olsun, bu yolla getməyə əzmi və iradəsi çatsın».

«İrəli» İctimai Birliyinin sədri Ceyhun Osmanlı «İşdən sonra» proqramında belə deyib.

Onun həmsöhbəti AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı isə hesab edir ki, Azərbaycanda gənclərin inkişafının məhdudlaşdırılması prosesi gedir.
Əbülfəz Qurbanlı
O, son dövrlər ictimai fikir sahibləri olan gənclərin həbslərini və təhsildəki problemləri nümunə gətirir:

«Test imtahanlarında orta məktəbi bitirən şagirdlərin yarısı ali məktəblərə imtahan verdi, onların da təxminən 40 faizi 200-dən artıq bal toplaya bilmədi. Bu, Azərbaycan gənclərinin inkişafının məhdudlaşdırılmasıdır, gənclərin üzünə dirənən problemlərdir».

Ceyhun Osmanlının fikrincə, indi Azərbaycan gənclərin inkişafı üçün bütün şərtlərə cavab verir:

«Heç vaxt məktəbi olmayan kəndlər, rayonlar məktəbləşdirilir, heç vaxt müəllim olmayan dağ kəndlərinə müəllim göndərilir, ali məktəblərin sayı artır, çox keyfiyyətli ali təhsil müəssisələri açılmaqdadır. Dövlət hesabına gənclərimiz dünya universitetlərində təhsil almağa göndərilir».

Əbülfəz Qurbanlı:

«Mən fikirlərimi yox, faktları deyirəm. Mənim dediyimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası açıqlayıb. Orta məktəb gəncliyin başlanğıcıdır, hər şey ordan başlayır. Başqa bir nümunə: Sumqayıt şəhərində məşğulluq idarəsinin əmək yarmarkası keçirildi. Hansı işlər paylanılırdı orda? Ofisiant, kababçı...Budurmu Azərbaycan gəncliyinə yaradılan şərait? Bu yaxınlarda orduda nə qədər intiharlar baş verdi?
Ceyhun Osmanlı
Düzdür, şərait artır, amma mənfi istiqamətdə. Bir Gül bayramına ayrılan vəsait 2007-2015-ci illər arasında təhsilə ayrılan puldan dəfələrlə çoxdur».

Ceyhun Osmanlı:

«Bütün cəmiyyətlərdə, dövlətlərdə problemlər var. Problem varsa, demək onları həll etmək lazımdır».

«İrəli»nin sədri Ceyhun Osmanlı rüşvət veribmi?

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı niyə müsbət hadisələri görmür?

Gənc fəalların müzakirəsiylə tanış olmaq üçün verilişi bütünlüklə dinləyə bilərsiniz.

Buna da bax:

XS
SM
MD
LG