Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:07

Bakıdakı göydələnlər kimin üçün tikilir?


Bu suala dəqiq cavab vermək çətindir. Amma yeni tikilən mənzillər heç də sürətlə məskunlaşmır. Mənzillər satılır. Satılmasaydı, kim idi onları tikən?

Bakı göydələnlərinin sayı yağışdan sonra göbələk kimi artsa da, oradakı mənzillər uzun müddət məskunlaşmır. Bu fenomeni izləmək üçün AzadlıqRadiosu günəş batandan sonra Bakı küçələrinə çıxıb şəhərin müxtəlif rayonlarındakı göydələnlərə nəzər yetirdi. Ayrı-ayrı günlərdə axşam saat 21-dən 23-dək çəkilən fotoşəkillərdən görünür ki, yeni binalarda işıqları yanan tək-tük pəncərə var. İnsanlar mənzil problemlərini həll edib, yoxsa elektrik enerjisinə qənaət edirlər, yoxsa nə? Bunu siz deyin. Bizdən isə göstərmək.

Abbas Atilayın «Günəşin batmasından doğan həqiqət» fotosessiyasına BURADA baxmaq olar
XS
SM
MD
LG