Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:28

Müəllimi «milli təhlükəsizliyi pozmaq»da ittiham edirlər


Həsən Abdullahi (Ümidoğlu)
Həsən Abdullahi (Ümidoğlu)
İranda Azərbaycan dili müəllimi və tərcüməsi kimi çalışan Həsən Abdullahi (Ümidoğlu) iyulun 29-da həbs edildi. Onu Təbrizin mərkəzi həbsxanasına salıblar. Ümidoğlunun qardaşı «Azadlıq» radiosuna müsahibə verib.

- Həsən Abdullahi nə vaxt və hansı ittihamlarla həbs olunub?

- Hələ qardaşımla görüşə bilməmişik, ittihamları haqda isə dəqiq məlumatımız yoxdur, lakin, aldığımız məlumatlara görə, onu «milli təhlükəsizliyi pozmaq»da ittiham ediblər. Həsən bəyi təxminən 20 gün bundan əvvəl həbs ediblər. Gəlib evdən apardılar. Kompyuterin aparıblar. On gündən sonra dedilər ki, həbsxanadadır, oraya getdik, dedilər ki, burada deyil. Dedilər ki, Ettelaat (Təhlükəsizlik Nazirliyi) onu aparıb. Axırda cümə günü bildirdilər ki, həbsxanadadır.

- Həsən bəyə vəkil tutmaq üçün imkan verilibmi? Veriblərsə, vəkil onun haqqında sizə hansı məlumatları verib?

- Nəqi Məhmudi onun vəkilidir. Məhmudi cənabları Həsənlə görüşüb, deyir ki, Həsəni milli təhlükəsizliyi pozmaqda, türk dərsləri verməkdə və tərcümə üçün tutublar. Amma Həsənin bir problemli işi yoxdur. Onun siyasi fəaliyyətdən uzaqdır.

- Yəni Azərbaycan dilinin tədrisi milli təhlükəsizliyi pozmaqdır?

- Vallah, biz nə bilirik, nə də başımız çıxır. Onunla görüşməyə bacım, anam, mən gedəcəyik. Amma, hələ bir şey bilmirik.

- Həsən müəllimin birinci dəfəsidir ki həbs olunur?

- Yox, bundan əvvəl, bir dəfə də «tarakan» hadisələrində tutulmuşdu. (2006-cı ildə «İran» qəzeti azərbaycanlıları «tarakan» adlandırdığı üçün Təbrizdə aksiyalar keçirilmişdi). O zaman iki gün həbsdən sonra azadlığa buraxıldı.

- Siz özünüz nə düşünürsünüz? Nə üçün Həsən müəllimi tutmuş ola bilərdilər? Onun yaxın dostlarından da tutulan olubmu?

- Həsən sadəcə bir tərcüməçidir, müəllimdir. Nə aksiyalar da iştirak edəndir, nə də siyasətçidir. Türk dili, öz ana dili üzərində işləyir. Uşaqlara Azərbaycan dili öyrədir. İndi bir kitab hazırlayıb, əslində tərcümə edib, kitab «Yer üzündə bir şücaət» adlanır. Həbsdən çıxsa, gedib o kitabı nəşr etdirəcək.
XS
SM
MD
LG