Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:26

Sarkisyan Türkiyəyə yalnız sərhəd açılarsa gedəcək


Ermənistan prezidenti Serj Sarkisyan
Ermənistan prezidenti Serj Sarkisyan
«PanARMENIAN.Net» internet qəzeti:

Ermənistan prezidenti Serj Sarkisyan futbol yarışını izləmək üçün Türkiyəyə yalnız sərhəd açılarsa gedəcək. «Yarışa çox az vaxt qalır. Biz münasibətlərin normallaşması üçün Türkiyə tərəfdən konstruktiv addımlar atılmasını gözləyirik. Mən Türkiyəyə dəvəti yalnız o zaman qəbul edəcəyəm ki, razılaşmalar həyata keçirilsin» deyə Sarkisyan Yerevanda səfərdə olan Serbiya prezidenti ilə birgə mətbuat konfransında bildirib.

Ermənistan-Türkiyə millilərinin görüşü bu il oktyabrın 14-də Türkiyədə olacaq.

***

Populyar Rusiya müğənnisi Nadejda Babkina və Tea For Two qrupu Azərbaycanda arzuolunmaz şəxslər elan olunublar. Onlar Dağlıq Qarabağın müstəqilliyinin ildönümü münasibətilə konsertdə iştirak etdikləri üçün belə qərarla üzləşiblər.

Pasportunda Dağlıq Qarabağda vurulmuş viza möhürü olan adamlara Azərbaycana getmək qadağan olunub. Populyar ifaçılar Katya Lel, Aziza və Soso Pavliaşvili də Azərbaycanın qara siyahısındadır.

«De-fakto» agentliyi:

Asiya İnkişaf Bankı İran-Ermənistan dəmir yolu xəttinin tikintisinin texniki-iqtisadi əsaslarının hazırlanması üçün kredit verməyə razılaşıb. Ermənistanın Nəqliyyat naziri Qurqen Sarkisyan bildirir ki, artıq söhbət danışıqlardan yox, müqavilədən gedir. Bu il ərzində müqavilə imzalanacaq və layihənin hazırlanması üçün kredit alacaq.

«Aravot» qəzeti:

Azərbaycan Xarici İşlər Nazirliyinin dəstəyi ilə hazırlanmış, müxtəlif dillərdə və şəkilli bir kitab bir neçə ay əvvəl Frankfurt sərgisində pulsuz paylanıb. Erməni Arxitekturası Araşdırmaları mərkəzinin rəhbəri Samvel Karapetyan bildirir ki, kitabda Azərbaycan tarixi faktları təhrif edir. Ən qədim erməni abidələri Azərbaycan abidələri kimi göstərilir. Əslində Azərbaycanın real tarixi başqadır: «Bu torpaqların Azərbaycan adlandırılmasından heç bir əsr keçməyib, cəmi 90 il keçir (1928-2008)».

«Armİnfo» agentliyi:

Azərbaycan Quba məzarlığını məhv etməyə bəhanə axtarır. Xatırladaq ki, Azərbaycan bu məzarlıqdan guya ermənilərin azərbaycanlılara qarşı soyqırım törətməsinin sübutu kimi istifadə etməyə çalışır. Amma orda nə tapıldığından dünyanın xəbəri yoxdur.

İndi yerli media xəbər verir ki, tapılan sümüklərin analizi aparılır. Ekspertlər «soyqırım»ın bu yeganə dəlilini əsaslnadırmalıdırlar. İndi Azərbaycan bunun əksini sübut edən dəlilləri məhv etməklə məşğuldur.

«ArmenPress» agentliyi:

Cənubi Osetiyada yaşayan 23 000 nəfərlik erməni icması üçün yeni qəzetin çapına başlanıb. Erebuni Erməni Milli Mədəni Şirkətinin təsis etdiyi qəzetin artıq iki sayı çap olunub. Qəzetdə əsas diqqət tarixi mövzulara, gündəlik xəbərlərə yönəldiləcək.

Tert.am internet qəzeti:

Ermənistanın Los Ancelesdəki keçmiş konsulu da daxil olmaqla beş nəfər həbs olunub. Keçmiş konsul Norair Ğalumyanla yanaşı konsulluğun daha dörd işçisi qanunsuz miqrantlara rəsmi məktub verib, onların deportasiya olunmalarına mane olmaqda ittiham edilirlər. ABŞ rəsmiləri iki il araşdırma apardıqdan sonra həmin adamların həbsinə qərar verildiyini deyirlər.

İddiaya görə saxlananlar ABŞ-a qanunsuz gedən ermənilərdən 35 000 dollar pul alaraq onlara rədd məktubu verirlərmiş. Həmin məktubda qeyd edilirmiş ki, konsulluq bu adama səyahət üçün sənəd verməkdən imtina edir. Həmin məktub da adamın ABŞ-dan çıxarılmasına imkan vermirdi.

«Arka» agentliyi:

Dünya Bankı ilin sonuna qədər Ermənistanda iqtisadiyyatın 9-11% azalacağını, inflyasiyanın 3% olacağını proqnozlaşdırır. Bank Ermənistanda suvarma sistemini yaxşılaşdırmaq üçün 30 milyon dollar pul ayırıb.

Keçən həftə baş nazir Tiqran Sarkisyan da bildirmişdi ki, 2009-cu ilin ilk altı ayında Ermənistan iqtisadiyyatında 16.3 % azalma olub. Bundan əvvəl azalmanın 20% olacağı gözlənirdi.
Dünya Bankı hesab edir ki, Ermənistan iqtisadiyyatı 2010-cu ildə dirçəlməyə başlayacaq.
XS
SM
MD
LG