Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:40

Ermənistanda fermerləri hökumətin siyasəti narahat edir


Son illər Ermənistan bazarlarında kartofun kilosu 100 dramdan, yəni 27 sentdən aşağı satılmayıb
Son illər Ermənistan bazarlarında kartofun kilosu 100 dramdan, yəni 27 sentdən aşağı satılmayıb
Ermənistanın Şirak regionunda təxminən 30 fermer təsərrüfatı var, onların əksəriyyəti də kartof istehsalı ilə məşğuldur. Bu il fermerlər eyni vaxtda bir neçə problemlə üzləşib. Maliyyə-iqtisadi böhranı fermerlərdən də yan keçməyib. «Şirak aqrar təsərrüfat birliyi» ictimai təşkilatının sədri Qurqen Eqoyan danışır:

«Maliyyə böhranına görə bank sistemi normal çalışmır, riskin artdığına görə onlar daha az kredit verir, hətta kredit verəndə də bunu yüksək faiz dərəcələri ilə edirlər. Bütün bunlarsa fermerlər üçün böyük problemlər yaradır».

Böhran dövründə bir çoxları hesab edir ki, fermerləri daha çox hökumətin yürütdüyü vergi siyasəti narahat edir. Söhbət ondan gedir ki, bu ildən dövriyyəsi 58 milyon dram, yəni təxminən 1 milyon 500 min dollar olan fermerlər də əlavə dəyər vergisi ödəməlidirlər.

Vardan Kazaryanın fermer təsərrüfatında böyük təcrübəsi var. O fermerlərin üzləşdiyi problemdən danışır:

«Vergi prinsipini təyin edəndə o ümumi kənd təsərrüfatına aid idi, indi isə balıq, quşçuluq fabrikləri, taxıl və kartof istehsalçıları 58 milyonu keçirsə vergi ödəyir. Bu kartof istehsalçısı üçün cəfəng bir qaydadır. Belə bir çətin dövrü nəzərə alsaq, əkinçini hələ 2 il də əlavə dəyər vergisindən azad etmək olar».

Kazaryan hesablayıb ki, bu il təxminən 6 milyon dram, yəni 16 min dollardan artıq əlavə dəyər vergisi ödəyib. Bundan əlavə bank kreditinin faizi üçün də pul ödəyib, nəticədə yalnız ailənin güzəranı problemi həll olunub.

«Ermənistanda fermer yoxdur, bu sadəcə dəbdə olan sözdür» – Vardan Kazaryan belə hesab edir. O, Hollandiyada olarkən fermer təsərrüfatlarının işi ilə tanış olub. Müqayisə edilməzdir.

«Onlar sadəcə istehsal edir, kooperativ isə düz qapısının kandarından məhsulu aparır və satışını təşkil edir. Biz isə həm özümüz alır, xaricdən toxumları gətiririk, həm özümüz əkir, biçir, yığır və həm də satırıq. Bütün dünyada qəbul edilməyən bir haldır bu».

Bəs hökumət fermerə necə yardım edə bilər? Vardan Kazaryan deyir ki, hökumətin köməyi lazım deyil, əsas odur mane olmasın. O hesab edir ki, Ermənistanda bu cür hallar mövcud olduqca fermer təsərrüfatı irəli getməyəcək.

Ona görə də ötən il tək Şirak regionunda 40 min tondan artıq kartof istehsal olunub, bu da nəticədə kartof satışını çətinləşdirib. Kartofun əksəriyyəti anbarlarda çürüməkdədir.

Anbarda olanda bir neçə kiçik fermerlərlə rastlaşdım, onlar gəlirlərini deyil, itkilərini hesablayırdılar:

«130 ton reallaşdıra bilərəm. Heç kim gəlmədi, tələbat yoxdur, məcbur olacağam hamısını zibilliyə atam. Mən təxminən 60-70 min dollar pul itirmişəm,

Bax, kartof - 20 dramadır, nə qədər istəyirsən götür. Mənim 82 yaşım var, həyatım boyu belə qiymət görməmişəm».

Son illər Ermənistan bazarlarında kartofun kilosu 100 dramdan, yəni 27 sentdən aşağı satılmayıb. Bu il isə qiymət 50 dramdan, yəni 13 sentdən də aşağı düşüb. Əvvəlki illərdə Gürcüstana çoxlu kartof aparılırdı. Bu mövsümdə isə kartof az ixrac olub və səbəbi də aydın deyil.

Bu gün Ermənistan kənd təsərrüfatı qarşısında duran ən kəskin problem azot gübrəsinin çatışmazlığıdır. İdxal olunan gübrə - torpaqların cəmi 40 faizinin görüb. Bir neçə gündən sonra isə gübrə lazımsız olacaq, çünki mövsüm başa çatır.

Problemlər həll olunmaqdansa günü-gündən artıq və əsl baş ağrısına çevrilir. Böyük fermerin problemi böyük, kiçiyinki də kiçik...
XS
SM
MD
LG