Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 09:31

Əhmədinejatı azərbaycanlılar devirəcək, ortada kartof olmasa


Times article
Times article

"Time" jurnalı yazır ki, İrandakı prezident seçkiləri öncəsində islahatçıların namizədi Musəvi azərbaycanlıların dəstəyini aldığı üçün yetərincə güclənib. Əhmədinejat isə azərbaycanlılardan qorunmaq üçün kartofa əl atıb

“AZƏRBAYCAN OYAQDIR, ÖZ OĞLUNA DAYAQDIR”

Prezidentliyə namizəd Mir Hüseyn Musəvini ötən bazar Təbriz hava limanındakı azərbaycanlılar belə qarşılayırdılar. Musəvinin Azərbaycan yox, İran prezidentliyinə namizəd olduğunu düşünəndə bu şüar bir az məntqisiz səslənə bilər. Amma bu izdihamlı və coşqulu qarşılama Musəvinin 12 iyun seçkilərində nəyə görə indiki prezident Mahmud Əhmədinejatın ən böyük rəqibi olduğunu izah eləyir.


BU SEÇKİDƏ MİLLİ AZLIQLAR HƏMİŞƏKİNDƏN DAHA ÇOX ÖNƏ ÇIXIR

İran İslam Respublikasındakı əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə etnik azlıqların hüquqları və narahatlıqları həmişəkindən daha qabarıq görünür. Seçki kampaniyası dövründə həm Musəvi, həm də islahatçıların digər namizədi – Mehdi Karrubi İranın etnik azlıqlar yaşayan bölgələrinə çoxlu səfərlər edirlər. Azərbaycanlılar, lorlar, kürdlər, türkmanlar, ərəblər və bəlucların və başqa fars olmayan millətlər İran əhalisinin yarısından çoxunu təşkil eləyir.

Əhmədinejatın hakimiyyəti dövründə milli azlıqların siyasi və media haqları çox güclü repressiyalara məruz qalıb. İran rejimini ABŞ-ın milli azlıqları İran dövlətinə qarşı müxalif fəaliyyətini dəstəkləmək planında iştirak edənləri, amerikalılara işləyənləri aşkarlamaq adıyla azlıqlara qarşı istədiyini eləyib. Dövlətin milli, dini kimlikləri unutdurmaq üçün illərdir yürütdüyü siyasətə baxmayaraq İranda yaşayan azlıqlar öz milli kimliklərini dərk eləyirlər və önə çəkirlər.


MUSƏVİ AZƏRBAYCAN DİLİNDƏ ÇIXIŞ ETMƏKLƏ AZƏRBAYCANLILARIN DƏCTƏYİNİ ALMAQ İSTƏYİR

Ötən həftə Tehrandakı təşviqat mitinqində Musəvi söz verdi ki, əyər prezident olsa, indiki hakimiyyətin “azlıqların sıxışdırılması” siyasətinə son qoyacaq, azlıqların dillərinin dövlət səviyyəsində istifadəsinə də icazə verəcək. Ölkədəki sünni müsəlmanlara paytaxtda məscid tikməyə icazə verəcək və s.

Ötən bazar ertəsi, Təbrizdə 30 minlik izdihamın qarşısında öz doğma dilində, Azərbaycan dilində çıxış eləyən Musəvi çıxışıyla kütləni lap coşdurdu. Musəvi deyirdi ki, “Azəzrbaycan həmişə diktatorlara qarşı mübarizə aparıb. Azərbaycan oğulları İran tarixini dəyişib.” Musəvi İranın demokratik inqilablarında önəmli rol oynayan azərbaycanlı liderlərin adlarını da çəkib.


NİYƏ MƏHZ AZƏRBAYCANLILAR?

Musəvinin seçki dövründə bu qədər Azərbaycanlılara üz tutması təsadüfi deyil. Çünki İrandakı azərbaycanlılar həm sayca digər azlıqlardan dəfələrlə çoxdurlar. Həm də digər milli aqzlıqlara baxanda İran dövlətiylədaha çox inteqrasiya olunublar. Hanısa ərəb və kürdə görə, hər hansı bir azərbaycanlının İran mərkəzi hökumətində vəzifə tutmaq şansı daha çoxdur. Elə İranın ən güclü figuru sayılan – dini lider Ayətullah Əli Xameneinin azərbaycanlı olması da buna sübütdur.

Soyadından da göründüyü kimi, Ayətullah özü Xamene şəhərindəndir - Təbriz yaxınlığınlığındakı 5 min əhalisi olan kişik bir şəhərdən. Burdakı yerli muzeydə İran tarixində önəmli yer tutan şəhər sakinlərinin şəkilləri yer alıb. Bunların arasında Ayətulla Əli Xamaneyi də var, indiki prezidentliyə namizəd Mir Hüseyn Musəvi də.


İSLAHATÇILARIN NAMİZƏDİ İRANIN DİNİ LİDERİNİN QOHUMUDUR

Bəli, Musəvi də məhz bu şəhərdəndir. Daha maraqlısı isə odur ki, indi islahaçıların namizədi kimi mühavizəkar Əhmədinejata qarşı mübarizə aparan Musəvi Ayətulla Əli Xameneyinin də qohumudur. Buranın yaşlı sakinləri deyirlər ki, Musəvi dini liderin bibisi nəvəsidir.

İndi bu şəhərin az qala bütün sakinləri Musvənin seçki kampaniyasında şəxsən iştirak eləyir. Amma deyirlər təkcə ona görə yox ki, Musəvi onların yerlisidir. Həm də ona görə ki, Musəvi İran-İraq müharibəsi zamanı baş nazir olanda ərzaq problemləriylə üzləşən camaata çox kömək eləyib.

Elə indi də Musəvinin seçki kampaniyası milli azlıqların hüquqları ilə yanaşı iqtisadi islahatlar üzərində qurulub. Musəvi çıxışlarında deyir ki, İran neft-qaz saxtan varlı bir ölkədir, ancaq indiki hakimiyyətin yarıtmaz siyasəti üzündən camaatı kasıbçılıq işində yaşayır.


İRAN PREZİDENTİNİN KARTOF SİYASƏTİ AZƏRBAYCANLILAR VƏ MÜSƏVİYƏ QARŞI

Musəvininin Təbrizdəki bu çıxışından sonra mitinq iştirakçıları “kartof hökumətinə ölüm” şüarları səsləndirməyə başlamışdı. Çünki islahatçıların namizədlərindən fərqli olaraq prezident Əhmədinejat seçkiönü mitinqlər keçirmək üçün getdiyi yerlərdə cammata kartof paylayıb. Nə az-nə çox 400 min ton kartof.

Bu üzdən indi İranda çoxları deyir ki, Əhmədinejatı devirsə, azərbaycanlıların dəstəyini alan namizəd devirəcək. Amma ortada prezidentin kartofundan yeyib, məmnun qalan kasıb-kusub olmasa..
XS
SM
MD
LG