Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:33

Bizi necə idarə edirlər?


Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı
Çin filosoflarından biri deyirdi ki, «elə idarə et ki, insanlar düşünməsinlər idarə olunurlar». Bir cümlədə ifadə olunmuş bu fikri müxtəlif cür yozmaq olar. Amma ən düzgünü onun məzmunundakı liberalizmin ilk rüşeymlərinin təzahürünü görmək və istəməkdir.

Üstəlik, həmin liberalizmin ki, hazırda dünyada baş verən prosesləri onun böhranı kimi yozmaq dəbdədir. Hərçənd səbəb daha çox liberalizmin ifrat dərəcədə sosiallaşmasında idi. Bundan başqa, hələ Adam Smit yazırdı, «insan əllərinin quruluşu elədir ki, daim özünə tərəf çəkir». Elə bu səbəbdən, onun fikrincə, çalışmaq lazımdır ki, insanın bu xüsusiyyəti ümumi rifahın yaxşılaşmasına səbəb olsun.

Bu sətirlər ölkədəki hakimiyyətin sosial-iqtisadi oriyentasiyasını müəyyən etmək üçün zəruri idi. Sözsüz ki, başqa «nümunələr» də var. Amma bütün konsepsiyaları əhatə etmək çox çətindir. Hakimiyyətin fikrincə, qlobal böhran Azərbaycana toxunmayacaq. Səbəb kimi də ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına o qədər də inteqrasiya olunmamasını göstərirlər.

Təəccüblüdür ki, onlar bunu iftixar hissi ilə deyirlər. Bir vaxtlar Bakı-Tbilisi-Ceyhan haqqında danışanda bunu əsrin möcüzəsi adlandırırdılar. İndi ritorika bir az dəyişib. Deyəsən, başa düşüblər ki, belə kəmərlər tikmək heç də çətin deyil. Dünya siyasəti təkcə borular və kəmərlər üzərində qurulmur. Təkcə bu yolla bütün dünyanı özünə dost etməyə çalışmaq və onların hamısının özünə dost bilmək - bu, sadəcə, siyasi sadəlövhlükdür.

Dünya siyasəti yenidən ciddi şəkildə polyarlaşıb. Düzdür, ABŞ prezidenti qeyd edib ki, onun siyasi komandası hətta İran və Şimali Koreya rejimləri ilə danışıqlar aparmağa hazırdır.

Beləcə, dünya siyasəti özünün çox mürəkkəb dövrünü yaşayır. Bir tərəfdən Saxarovun fikri təsdiqlənmək üzrədir. O, deyirdi ki, «nüvə silahının meydana çıxması bəşəriyyəti xilas etdi, bundan sonra daha böyük müharibələr olmayacaq». A.Eynşteyn isə bir qədər də uzağa gedərək nüvə silahının hətta kibrit qutusu qədər təhlükəsiz olduğunu demişdi. Amma müharibələr davam edir. Elə münaqişələr var ki, tarixi əlli ili keçib...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG