Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:11

Prezident və elm...


Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında iştirak edib
Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında iştirak edib
AzadlıqRadiosunun «İşdən sonra» proqramında filosoflar Əli Abbasov və Ağalar Məmmədov prezidentin Elmlər Akademiyasındakı çıxışını şərh edirlər

Əli Abbasov:

- Mən ancaq prezidentin çıxışını oxudum və ümumiyyətlə demək olar ki, heç nə başa düşmədim. Biz orada olmamışıq. Akademiya demək olar ki, boş olub. Biz iki gün evdə qalmışıq. Ancaq mətni oxudum. Orada yazılmışdı ki, Azərbaycanda elm adamları elitadır. Amma bu elitanın vəziyyəti ilə bağlı mən bir şey anlamadım. Yəni ki, elitanın vəziyyəti dəyişiləcək ya dəyişilməyəcək?».

Xədicə İsmayılova:

- Siz dediniz ki, Elmlər Akademiyası iki gün boş qalıb. Bu nə deməkdir?

Əli Abbasov:

- Boş deyəndə ki, işçilər olmayıb. O, Rəyasət Heyətinin iclası idi. Demək olar ki, iclas orda keçib. Güman ki, ona görə işçilərə dedilər ki, işə gəlməsinlər.

Xədicə İsmayılova:

- Sizə hər hansı izah verilmişdimi?

Əli Abbasov:

- İzah belə verilmişdi ki, Akademiyanın təmiri qurtarıb. Güman ki, bu, bir-biri ilə bağlı olmayan şeylərdir. Amma qurtarandan sonra Rəyasət Heyətinin iclası olub yuxarı binada. Təbii ki, bu iclaslara bizi dəvət etmirlər. Orada rəhbərlik iştirak edir. Ola bilsin, ona görə belə alınıb.

Xədicə İsmayılova:

- Son günlər İlham Əliyev müxtəlif qruplarla görüşür. Onun bir qrup müəllimlə görüşü oldu. Sonra gənclərlə görüşü oldu. İndi də alimlərlə görüşüb. Bu görüşlər silsiləsi haqda
Ağalar Məmmədov
Siz nə düşünürsünüz?

Əli Abbasov:

- Prezident hər dəfə hansısa bir qruplarla, təbəqələrlə görüşməlidir də. Bu, təbii bir haldır və buna hansısa bir don geyindirmək düzgün deyil. Bu olmalıdır. Vəziyyət necədir? Cəmiyyət necə yaşayır? Prezidentin öz təəssüratı olmalıdır. O, insanlarla görüşməlidir. Akademiyada sıravi işçilər də orada iştirak etsəydi, yaxşı olardı. Onlar da öz fikirlərini bildirərdilər.

Ağalar Məmmədov:

- Harvarddan məzun olan Bəxtiyar Hacıyevin həbsi ilə bağlıdır əslində bu məsələlər. Yəni, ASAİF-in qurulması, xaricdə təhsil alan tələbələrin bir yerə yığılması, prezidentin guya bunlarla məsləhətləşməsi, ondan sonra Elmlər Akademiyasında alimlərlə görüşü. Əslində, bunu demək istəyir ki, mən elmə, təhsilə heç də belə yad deyiləm. Sadəcə, o Bəxtiyar Hacıyev məsələsində guya bir az başqa məsələlər var. Bu görüntünü yaratmaq istəyirlər. Ancaq mən ona və onun komandasına, sosial mühəndislərinə demək istəyirəm ki, siz böyük illüziyaya qapılmısınız. Sizə elə gəlir ki, sizə təhlükə törədən o Akademiyanın 80-90 faiz çoxluğudur. Elə deyil. Onlar üçün təhlükə olan tək-tək, özü-öz kitabxanasında elmi fəaliyyətlə məşğul olan insanlardır. Qaldı o çoxluğa, o çoxluq onsuz da təhlükə təşkil etmir. Heç prezidentin Akademiyada gəlib görüş keçirməsinin elə bir əhəmiyyəti yox idi. Yəni orda onsuz da təhlükə yox idi ki. Təhlükə onlar üçün qıraqda, təkbaşına elmlə məşğul olan, özünü inkişaf etdirən, orijinal tənqidləri ilə nəsə etməyə çalışan insanlardadır. Yəni, təhlükə konkret məndədir. O Akademiyanın akademiklərində deyil. O illüziyadır ki, özlərini arxayın sayırlar, gedib akademiklərlə görüşməklə. Bir az da dünya üçün belə bir görüntü yaradırlar ki, biz əslində elmə böyük dəstək veririk...

XS
SM
MD
LG