Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:22

Dünya Bankı Azərbaycana 500 milyon dollar güzəştli kredit təklif edir


Dünya Bankı (DB) nəqliyyat sahəsində infrastruktur layihələrinin həyata keçirilməsi üçün Azərbaycana 500 milyon dollar güzəştli kredit ayırmağa hazırdır. Bu barədə Nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib. Onun sözlərinə görə, bank respublika əhəmiyyətli yolların təmirini təklif edir. Bunlar Bakı-Şamaxı-Muğanlı avtomagistralının davamı və başqa yollardır. Cənab Pənahov deyir ki, layihələrin ümumi dəyəri 300 milyon dollar olsa da, DB 500 milyon dollar təklif edir.


Bank Bakının yollarına da sərmayə qoyulmasında maraqlıdır. Artıq Azərbaycana paytaxtın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi layihəsinin hazırlanması üçün qrant da təklif edilib.


XS
SM
MD
LG