Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:24

Magistraturaya sənəd qəbulu başlayır


20 nəfər magistr dərəcəsi almaq üçün Avropanın nüfuzlu ali məktəblərinə göndəriləcək
20 nəfər magistr dərəcəsi almaq üçün Avropanın nüfuzlu ali məktəblərinə göndəriləcək

İndi abituriyentlərin başı sənədlərini toplamağa, ixtisas seçiminə, qəbul imtahanlarına hazırlığa qarışıb. Kiminə bu işdə müəllimləri, valideynləri kömək edir, kimi isə köməksiz qalıb. Bakıda və Mingəçevirdə fəaliyyət göstərən Gənclər üçün Təhsil Mərkəzi ali məktəblərə qəbul imtahanı ərəfəsində və imtahandan sonra yaranmış bütün problemlərlə bağlı abituriyentlərə hüquqi yardım göstərir, məsləhət verir. Mərkəzin direktor müavini Yavər Şahbazov: «Abituriyentlərə ali məktəblərə sənədlərini təqdimetmə və peşə seçimi ilə, sənədlərin qəbulu prosesində yaranan problemlərlə bağlı kömək göstəririk. Bu işin birinci mərhələsidir. İmtahan prosesində də bizim ekspertlər iştirak edirlər, monitorinqlər aparırlar, yaranmış problemlərlə bağlı onlara hüquqi yardım göstərirlər». Yavər Şahbazov deyir ki, mərkəzdə həm də abituriyentlərə psixoloji kömək göstərilir.


Mərkəzdə qaynar xətt də fəaliyyətdədir. Abituriyentlər həm də telefon vasitəsilə məsləhət ala bilərlər. «Qaynar xətt Bakıda fəaliyyət göstərir. Abituriyentlər məsləhət və məlumat almaq üçün və ya hər hansı bir problemlə bağlı səhər saat 9-dan axşam 6-dək 433 80 59 telefon nömrəsinə zəng edə bilərlər».


İyulun 7-dən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ali məktəblərin magistraturasına sənədlərin qəbulu başlayır. Bu il 25-i dövlət, 13-ü isə özəl olmaqla 38 ali məktəbinin magistr pilləsinə qəbul aparılır. Sənəd verənlərin 4360 nəfəri magistr adını qazanmağa şanslıdır.

Bu il həmçinin prezident İlham Əliyevin təşəbbüsü ilə Dövlət Neft Şirkətində işləmək üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması məqsədilə 20 nəfər magistr dərəcəsi almaq üçün Avropanın nüfuzlu ali məktəblərinə göndəriləcək. Bu məqsədlə magistraturaya qəbul imtahanlarında xaricə təhsil almaq üçün nəzərdə tutulan ixtisasların müvafiq proqramları üzrə 80-dən yuxarı bal toplayan bakalavrlar arasında müsabiqə keçiriləcək. Müsabiqədə Azərbaycan dilini mükəmməl bilən şəxslər iştirak edə bilərlər. Müsabiqədən keçən namizədlər əlavə olaraq İELTS, TOEFL və ya digər xarici dil proqramlarından biri üzrə imtahan verəcək və müvafiq ali məktəblərin tələbinə uyğun bal topladıqda həmin ali məktəblərə qəbul olunacaqlar.


Magistraturaya sənəd vermək istəyənlər qəbul aparılan ixtisaslar, sənədlərin təqdim ediləcəyi yerlər və digər məlumatları bu gün dərc olunmuş "Magistr №2" jurnalından oxuya bilərlər.


DİNLƏYİN!
XS
SM
MD
LG