Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:24

Finlandiya Qafqaz dövlətləri ilə münasibətləri genişləndirmək fikrindədir


Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Finlandiyada ikigünlük səfərdədir. İyunun 30-da o, finlandiyalı həmkarı Erkki Tuomioya ilə görüşüb. Görüşdə Azərbaycanın Avropa Birliyi ilə münasibətləri, regiondakı vəziyyət, İran və Türkiyə ilə bağlı məsələlər müzakirə olunub.


İyunun 29-da isə cənab Məmmədyarovu Finlandiyanın dövlət başçısı Tarya Halloni də qəbul edib.


Məlumatı «Azadlıq» radiosuna Finlandiyanın Xarici İşlər Nazirliyinin İnformasiya İdarəsinin direktoru Antii Trunen verib: «Görüşdə Azərbaycanın Avropa Birliyi (AB) ilə münasibətləri, AB-nın işçi planı müzakirə olunub. Biz ümid edirik ki, işçi planla bağlı danışıqlar tezliklə yekunlaşacaq».


İyulun 1-dən AB-yə prezidentlik Finlandiyaya keçir. Cənab Trunenin sözlərinə görə, birliyə rəhbərlik dövründə Finlandiya çalışacaq ki, Qafqaz dövlətlərinin hər üçü ilə də münasibətləri genişləndirsin.


Səfər çərçivəsində Elmar Məmmədyarov Finlandiyanın Ticarət və Sənaye, Müdafiə nazirləri ilə də görüşüb.


İyulun 1-də o, Helsinkini tərk edəcək.


XS
SM
MD
LG