Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:31

Vəkili Sakit Zahidovun hələ də polis təcridxanasında saxlanmasının qanunsuz olduğunu bildirir


İyunun 29-da vəkil Elçin Qəmbərov Nərimanov Rayon Polis İdarəsinin təcridxanasında saxlanan «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidovla (Mirzə Sakit) görüşüb. Vəkilin «Azadlıq» radiosuna veridyi məlumata görə, jurnalist ona deyib ki, həbs edilərkən narkotik maddəni onun cibinə Daxili İşlər Nazirliyinin (DİN) Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları atıb. Elçin Qəmbərov: «Müdafiə də istintaqın gedişində bunu sübut etməyə çalışacaq. Ona qarşı təcridxanadakı davranış isə, normaldır».


Cənab Qəmbərov məhkəmə qərarından sonra Sakit Zahidovun hələ də polis təcridxanasında saxlanmasının qanunsuz olduğunu bildirir.


«Azadlıq» qəzetində satirik şerlərlə çıxış edən Sakit Zahidov iyunun 23-də DİN-in Naroktiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidovun verdiyi məlumata görə, saxlanan zaman onun üstündən narkotik maddə tapılıb.


Sakit Zahidov Cinayət Məcəlləsinin 234.4.3 - satış məqsədilə iri həcmdə narkotik vəsaitin əldə edilməsi maddəsi ilə ittiham olunur.


İyunun 24-də Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçib. Müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verib.


XS
SM
MD
LG