Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:26

Avropa Şurası rəsmisi: «Azərbaycanda yerli bələdiyyələr daha çox nailiyyət əldə ediblər»


«Azərbaycanda bələdiyyələrin problemləri digər Avropa ölkələrində olduğundan fərqlənmir». Bunu Bakıda səfərdə olan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Halvdan Skard deyir: «Azərbaycanda da digər Avropa ölkələrində olduğu kimi, yerli hakimiyyətlər səlahiyyət, icra hakimiyyəti, hökumətlə münasibət və görməli olduğu iş üçün az pul almaq sarıdan gileylənirlər».


Cənab Skard əlavə edir ki, Azərbaycanda yerli bələdiyyələr qısa zamanda daha çox nailiyyət əldə ediblər.


Azərbaycanla Avropa Şurası bir ildir ki, yerli bələdiyyələrin Milli Assosiasiyasının yaradılması məsələsini müzakirə edir. Azərbaycanda kənd, şəhər və qəsəbə bələdiyyə assosiasiyaları yaradılması nəzərdə tutulur. Həmin assosiasiyalar vasitəsilə bələdiyyələr yerli problemlərin həllində cəhdlərini birləşdirməlidirlər. Avropa Şurası bu üç assosiasiyanın yaradılmasını əlaqələndirməyə hazır olduğunu bildirir.



XS
SM
MD
LG