Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:20

«Avropa Birliyinin boşluqdan qaçmaq üçün şərq planı»


Çexiyanın baş nazirinin Avropa məsələləri üzrə müavini Aleksandr Vondra
Çexiyanın baş nazirinin Avropa məsələləri üzrə müavini Aleksandr Vondra
Avropa Birliyinin keçmiş Sovet məkanının 6 ölkəsi üçün nəzərdə tutulmuş tərəfdaşlıq proqramı Rusiyanın da böyük maraq göstərdiyi regionda boşluqdan qaçmaq məqsədi daşıyır. Bunu Çexiyanın baş nazirinin Avropa məsələləri üzrə müavini Aleksandr Vondra deyib.

Mayın 7-i Praqada keçiriləcək sammitin əsas məğzi olan Şərq Tərəfdaşlığı proqramı Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belorus və Moldova ilə iqtisadi və siyasi əlaqələri inkişaf etdirəcək. Bu 6 ölkə kifayət qədər yoxsul və qeyri-stabil ölkələr hesab olunurlar və onların yaxın gələcəkdə Avropa Birliyinə üzv olması qeyri-realdır.

«Röyter» agentliyində dərc olunmuş Yan Lopatkanın «Avropa Birliyinin boşluqdan qaçmaq üçün şərq planı» adlı yazısında belə deyilir. Yazıda Çexiyanın baş nazirinin Avropa məsələləri üzrə müavini Aleksandr Vondradan alınmış müsahibə yer alıb.

Yazıda bildirilir ki, Çexiya baş nazirin müavini Aleksandr Vondra «Röyter» agentliyinə müsahibəsində deyib ki, burada məqsəd Avropa Birliyi və onun bu quruma üzv olmağa hələ hazır olmayan şərq qonşuları ilə əməkdaşlıqdır. Burada Rusiya və Avropa Birliyi arasında boşluğu aradan qaldırmaqdır.

Lakin Vondra onu da bildirib ki, bu plan Moskvaya qarşı yönəlməyib və Rusiyanın narahatlığının da əsassız olduğunu deyib. Rusiya iddia edirdi ki, Avropa Birliyi keçmiş Sovet məkanında öz təsir qüvvəsini qurur. Vondra deyib ki, bu təsir ərazisi ilə bağlı deyil və əməkdaşlıq könüllülük prinsipi üzərində qurulub.

Politoloq Rasim Musabəyovun fikrincə, Rusiya hesab edir ki, Avropa Birliyi bu proqram vasitəsilə postsovet məkanına nüfuz etmək istəyir. Ona görə də buna qısqanclıqla yanaşır. Onun sözlərinə görə, Avropa Birliyinin isə məqsədi başqadır

Yazıda göstərildiyinə görə Belorus və Moldova liderləri bu sammitdə iştirak etməyəcəklər. Onlar bu tədbirə baş nazirlərin müavinlərini göndərəcəklər. Rəsmi Minsk prezident Lukaşenkonun tədbirə qatılmayacağını artıq təsdiq edib. Qərb ölkələri prezident Lukaşenkonun demokratik müxalifəti sıxışdırdığını iddia elədikdən sonra Avropa Birliyi və Belorus arasında münasibətlər gərginləşib.

Lakin diplomatlar deyirlər ki, onun sammitdə iştirakı Avropa Birliyi nümayəndələrini qıcıqlandıra bilərdi. Tərəfdaşlıq proqramı iştirakçı ölkələrə Avropa Birliyinə üzvilik vəd eləmir. Bu proqram yaxşı idarəçilik, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi üzərində cəmləşir. Bu şəkildə də azad ticarət zonası yaradıla bilər və əgər demokratik göstəriciləri yüksəkdirsə iştirakçılar ölkələr Avropa Birliyi ilə birləşmə razılığına gələ bilərlər. Avropa Birliyi bu proqrama 600 milyon yevro ayırıb.

Müəllif deyir ki, burada məqsədlərdən biri də viza rejimindən azad edilmə olacaq və Şərq Tərəfdaşlığa üzv olan 6 ölkənin hamısı Avropa Birliyinin ən kasıb ölkələrindən daha kasıbdır.

Bu ölkələrin bəzilərinin daxili həll olunmamış daxili problemləri var, Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ üzərində problemi var. Şərq Tərəfdaşlığı proqramı ilə yanaşı Avropa Birliyi Qafqaz və Xəzəryanı ölkə nümayəndələri ilə qaz təchizatı ilə bağlı danışıqlar aparacaq.

O da deyilir ki, bu altı ölkədən Ukrayna və Gürcüstan Avropa Birliyinə üzv olmağa daha çox can atırlar. Digərləri isə əlaqələrin necə qurulması üzərində daha çox çalışırlar.

«Röyter» agentliyində dərc olunmuş Yan Lopatkanın «Avropa Birliyinin boşluqdan qaçmaq üçün şərq planı» adlı yazısında belə deyilir. Yazıda Çexiyanın baş nazirinin Avropa məsələləri üzrə müavini Aleksandr Vondradan alınmış müsahibə yer alıb.
XS
SM
MD
LG