Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 07:24

«Azərbaycanda jurnalistika ölür»


Emin Hüseynov
Emin Hüseynov
«Bu müraciətdən sonra bəlkə də kompromis kimi, jurnalistlər azadlığa buraxıla bilər». Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru Emin Hüseynov ABŞ-ın Dövlət katibi Hillari Klintona etdikləri müraciətlə bağlı «Azadlıq» radiosunun «İşdən sonra» verilişində danışarkən belə deyib.

Onun sözlərinə görə, müraciətdə xanım Klintondan Azərbaycan jurnalistlərilə bağlı vəziyyətə kömək etmək xahiş olunur.

E.Hüseynov deyir ki, əgər bu da kömək etməsə, onda Azərbaycanda jurnalistika ilə bağlı vəziyyət daha da gərginləşəcək:

«Bu isə nəticədə Azərbaycanda jurnalistikanın ölümü ilə bitəcək. Mən peşəkar jurnalistikanı nəzərdə tuturam. Lakin müqəddəs yer boş qalmır. Oranı «vətəndaş jurnalistikası» tutacaq. Hər kəs bu prosesə qoşulsa, vətəndaş borcunu yerinə yetirsə, onda ümid yeri qalar».
XS
SM
MD
LG