Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:26

İKT işğal olunan ərazilərin dərhal və qeyd-şərtsiz boşaldılmasını tələb edir


İslam Konfransı Təşkilatı (İKT) ölkələrinin Bakıda keçirilən 33-cü sessiyasının yekunu ilə bağlı iyunun 21-də imzalanan Bakı Bəyannaməsində islamofobiyanın artmasından narahatlıq ifadə olunur, mədəniyyətlər və konfessiyalararası dialoqun gücləndirilməsinə çağırış səslənir.



Yanğınların kosmosdan çəkilmiş xəritəsi, Ağdam şəhəri
Sənəd müəllifləri həmçinin regional münaqişələrin nizamlanmasına dair də fikirlərini qeyd ediblər. Onları fikrincə, paytaxtı Qüds şəhəri olan Fələstin dövlətinin yaradılması dəstəklənməli, İraqdakı zorakılığa son qoyulmalı, İran da daxil olmaqla hər bir ölkənin atom nüvəsini dinc məqsədlərlə öyrənmək və hazırlamaq hüququ tanınmalıdır.

Sessiya iştirakçıları Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyir, erməni qoşunlarının işğal olunan ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edirlər.


Sessiyadan sonra keçirilən brifinqdə Xarici İşlər naziri Elmar Məmmədyarov bildirdi ki, tədbirdə Qarabağ münaqişəsi nəticəsində yurd-yuvasından didərgin düşən Azərbaycan vətəndaşlarına yardım göstərilməsiylə bağlı çağırışlar da səslənib: «Azərbaycana maliyyə yardımı göstərilməsinə çağırış var».


Cənab Məmmədyarov sessiyada Azərbaycanın işğal olunmuş ərazilərində son vaxtlar baş verən yanğınlar haqqında məlumat verib. Xarici İşlər Nazirliyinin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadənin verdiyi məlumata görəsə, konfrans iştirakçılarına yanğınların kosmosdan çəkilmiş xəritəsi də təqdim edilib: «Bu çəkilişlər bizi əmin edir ki, yanğınlar 2006-cı ildə baş verib və təbii xarakter daşımır».


Cənab Tağızadənin sözlərinə görə, yanmış ərazilər 13 min hektardan artıqdır və konfransda qərara alınıb ki, İKT-nın Baş katibi BMT-li həmkarı Kofi Annana məktub göndərərək məsələnin araşdırılmasını xahiş etsin.


XS
SM
MD
LG