Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:25

«Rusiya hələ də Qarabağ münaqişəsinin həllinə yol vermək istəmir…»


Vəfa Quluzadə
«Rusiya hələ də Qarabağ münaqişəsinin həllinə yol vermək istəmir…».

Bunu «Panorama» verilişində politoloq Vəfa Quluzadə deyib. Onun fikrincə, Rusiya çox yaxşı başa düşür ki, Qarabağ münaqişəsi sülhlə həll edilsə, Azərbaycan və Ermənistan NATO-ya inteqrasiya olunacaqlar.

Ancaq politoloq deyir ki, artıq Rusiya Ermənistana ciddi təzyiq edəcək gücdə deyil:

«Artıq Ermənistanda da Qərbpərəst mövqe özünü açıq şəkildə göstərməkdədir. Ermənistan tədricən üzünü Qərbə doğru tutmaqdadır…».

V. Quluzadə düşünür ki, artıq iqtisadi böhran Rusiyaya Qərblə açıq rəqabətə girməyə imkan vermir. Onun fikrincə, Rusiya indiki şəraitdə regiondakı ölkələrlə iqtisadi əməkdaşlığını artırmaqla öz mövqelərini gücləndirməyə çalışır:

«Mən prezident İlham Əliyevin Rusiyaya dəvət edilməsinə də bu kontekstdə yanaşıram. Rusiyanın Azərbaycandan bəzi istədikləri var. Bura «Nabucco» kəmərinin yubadılması, Azərbaycan qazının əldə edilməsi və Azərbaycanda Qərbin bazalarının yerləşdirilməsinə imkan verməmək kimi məsələlər daxildir…».

Ancaq V. Quluzadə deyir ki, Azərbaycan Rusiya ilə iqtisadi əməkdaşlığa getsə də, özünün Qərbdəki müttəfiqlərindən imtina edəsi deyil…

Buna da bax:

XS
SM
MD
LG