Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:26

Milli Bankda ilin ikinci yarısında inflyasiyanın səviyyəsi ilə bağlı proqnoz hazır deyil


«Yarım ilin yekunlarına görə, Milli Bank makroiqtisadi sabitliyin qorunması ilə bağlı vəzifəsinin öhdəsindən gələ bildi, amma hesab edirəm ki, qarşıda bizi yarım illik gərgin bir iş gözləyir». Milli Bankın sədri Elman Rüstəmov iyunun 13-də jurnalistlərlə söhbətində belə deyib. Onun sözlərinə görə, hökumət qarşıdakı altı ayda da inflyasiyanın idarəolunan həddə - birrəqəmli həddə saxlanmağa çalışacaq. Amma hələ ki, ilin ikinci yarısında inflyasiyanın səviyyəsi ilə bağlı proqnoz hazır deyil. Cənab Rüstəmov bildirir ki, hələ ki, Milli Bank bununla bağlı dəqiqləşdirmələr aparır. «Hökumət sosial-iqtisadi inkişafla bağlı irimiqyaslı layihələr həyata keçirir. Milli Bankın vəzifəsi bu proqramların reallaşdırılması ilə yanaşı makroiqtisadi sabitliyə nail olmaq, inflyasiyanı birrəqəmli həddə saxlamaqdır».


Elman Rüstəmov etiraf edir ki, indi ölkədə mürəkkəb makroiqtisadi mühit var. Bu, əsasən, xaricə satılan neftdən əldə olunan gəlirlərlə bağlıdır, ölkədə pul kütləsinin artması isə inflyasiyaya yol açır.


Milli Bankın rəhbəri deyir ki, axır vaxtlar dolların manata nisbətən ucuzlaşması təbii prosesdir, hökumət ilin əvvəlindən bunun belə olacağını bilirdi.


Onun sözlərinə görə, manat hətta nəzərdə tutulandan daha az sürətlə möhkəmlənir. «Neft istehsal edən ölkələrin makroiqtisadi göstəricilərinə nəzər yetirsək görərik ki, həm Qazaxıstanda, həm də Rusiyada inflyasiya qrafiki həm yüksəkdir, həm də bu ölkələrdə möhkəmlənmə göstəricisi 7-8 faiz ətrafındadır. Ötən beş ay ərzində Azərbaycanın qeyri-neft sektorunun xarici ticarət üstünlükləri pisləşməyib. Elə buna görə də, manatın effektiv məzənnəsi bahalaşmayıb».


XS
SM
MD
LG