Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 06:45

Aclıq edən tələbələr arasında səhhəti pisləşənlərin sayı artır



Gənclər onlara laqeyd münasibətdən şikayətlənir, 5 iyun 2006
İyunun 5-də Müstəqil Azərbaycan Universitetinin aclıq aksiyası keçirən 10 nəfərə yaxın tələbəsinin səhhəti pisləşib. Aksiya iştirakçılarının sayının 70-i keçməsi və təşkilatçılığın lazımınca olmaması, habelə tibb heyətinin çatışmazlığı həkim nəzarətini çətinləşdirir. Gənclər isə onlara laqeyd münasibətdən şikayətlənir və tələbləri yerinə yetirilməyənə qədər aclığı davam etdirəcəklərini deyirlər.

Günün ikinci yarısında aksiyaçılara Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli başda olmaqla bir qrup AXCP üzvü də baş çəkdi. Cənab Kərimli gənclərə müraciət edərək dedi ki, bu işdə hansı dövlət strukturunun günahkar olması o qədər də önəmli deyil. Əsas odur ki, tələbələrin hüququ tapdalanmasın.


Müstəqil Azərbaycan Universitetinin bir qrup tələbəsi iyunun 1-dən aclıq aksiyasına başlayıb . Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanlarından kənar qəbul keçirdiyinə görə, bu universiteti bağlanması haqqında məhkəməyə müraciət edib, bu ali məktəbə testdən kənar qəbul olunan tələbələrə isə diplom verilməyəcəyini bildirib. Tələbələrin başladığı aclıq aksiyasının məqsədi başqa universitetlərə bərpa olunmaqla əlaqədardır.


XS
SM
MD
LG