Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:30

Bakı-Tbilisi-Ərzurum qaz kəməri sınaqdan çıxarılır


Şahdəniz yatağından çıxarılan qazın Türkiyəyə nəql edəcək Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin sınaq məqsədi ilə doldurulmasına başlanıb. Layihənin operatoru olan BP şirkətindən verilən məlumata görə, kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin doldurulması tam olaraq başa çatıb və hazırda Gürcüstan hissəsində sınaqlar davam edir. Amma sınaq işləri üçün lazım olan 100 milyon kubmetr qaz Şahdəniz yatağından çıxarılmayıb. Bunun üçün Azəri-Çıraq-Günəşli yatağından çıxarılan səmt qazından istifadə edilir. Uzunluğu 690 km. olan kəmərin bu ilin 4-cü rübündə istifadəyə verilməsi nəzərdə tutulub.


Bu arada Gürcüstanın Beynəlxalq Qaz Karporasiyası Bakı-Ərzurum qaz kəməri vasitəsilə daha çox qaz əldə etmək üçün Şahdəniz Konsorsiumu və Türkiyə şirkətləri ilə intensiv danışıqlar apardıqlarını bildirib. Gürcüstan mediasının məlumatlarına görə, rəsmi Tbilisi Şahdəbiz qazının Türkiyəyə nəqli üçün tranzit haqqı kimi alacaqları qazdan əlavə də, müəyyən həcmdə yanacaq əldə etməkdə maraqlıdır. Gürcüstanlı ekspertlərin qənaətincə, ölkələrinin Rusiyadan enerji asılılığını aradan qaldırmaq üçün Şahdəniz qazı mühüm əhəmiyyət kəsb edir.


XS
SM
MD
LG