Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:35

MDB müşahidə missiyası razıdır


MDB Parlament Assambleyasının Gəncədə olan müşahidə missiyasının üzvləri seçkilərin demokratik standartlara uyğun baş tutduğunu bildirib. Mayın 13-də keçirdikləri mətbuat konfransında müşahidə missiyasının üzvü Sergey Vasilyev əhalinin fəallığının yüksək səviyyədə olduğunu deyib. «Bu seçkilər tam demokratik oldu. Seçkilərin belə yüksək səviyyədə keçirilməsi demokratiyanı Azərbaycanda möhkəmləndirəcək».


MDB müşahidə missiyası bu rəyini jurnalistlərə seçki kampaniyası başa çatmamış açıqlayıb. Müşahidəçilərin yekun rəyi 10 gün ərzində hazırlanacaq və MDB Parlament Assambleyasının noyabrda keçiriləcək iclasında müzakirə olunacaq.



XS
SM
MD
LG