Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:26

QHT-lər seçkilərdə pozuntuların olduğunu bildirir


Milli Məclisə təkrar seçkilərin monitorinqini keçirən bəzi qeyri-hökumət təşkilatları səsvermədə pozuntu faktlarının olduğunu bildirir. Seçki Təşəbbüsləri Mərkəzinin (STM) məlumatına görə, aşağıdakı pozuntular qeydə alınıb: sənədi olmayan şəxsləri səsvermədə iştirakı; seçicilərə artıq bülletenlərin və zərflərin verilməsi; qutulara saxta bülletenlərin salınması; seçicilərə təzyiq göstiərilməsi (zabitlərin əsgərləri Ədalət Partiyası sədrinin lehinə səs verməyə məcbur etməsi); bir neçə yerdə səs verən mobil seçici qrupları ("karusel"); icra hakimiyyəti, bələdiyyə və polis nümayəndələrinin seçki prosesinə müdaxiləsi; müşahidəçilərə təzyiqlər və s.


"Azad və ədalətli seçkilər uğrunda" QHT koalisiyası da pozuntuların olduğunu bildirir. Bəzi yerlərdə səsvermə bülletenlər hesablanmadan başlayıb. 119 saylı Ağdam kənd dairəsinin bəzi məntəqələrində (NN 1-6, 26 i 29) səsvermə başlayandan və qutuların möhür açılandan sonra müşahidəçiləri içəri buraxıblar. Bundan başqa kabinələrdə eyni vaxta iki nəfər və daha çox adam səs verir. İcra hakimiyyəti və bələdiyyə təmsilçiləri seçiciləri avtobuslarla məntəqələrə apararaq onlara təzyiq göstərir. 110 saylı Zaqatala dairəsinin 18, 20 və 25-ci məntəqələrində polis müşahidəçiləri məntəqələrdən kənarlaşdırır.


Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi təkrar seçkilər zamanı qanun pozuntularının olduğunu bildirir. "Bəzi pozuntular istisna olmaqla seçki prosesi normal keçir"- deyə mətbuat üçün açıqlamada qeyd olunur. Mərkəz bəzi dairələrdə seçicilərin fəallığının aşağı olduğunu göstərir. 119 saylı Ağdam kənd dairəsində bəzi məntəqələrdə qutulara bülletenlərin kütləvi şəkildə atılması halları qeydə alınıb. Məktəb direktorları, bələdiyyə və kənd administrasiyaları başçıları seçiciləri hakim partiyadan olan namizədin xeyrinə səs verməyə çağırır. 42 saylı Sumqayıt dairəsində mülki geyimli şəxslər bir neçə müşahidəçini naməlum istiqamətə aparıb.


Turana Müsavat Partiyasının mətbuat xidmətindən daxil olan məlumatlara görə də bütün dairələrdə pozuntuların olduğu bildirilir. Xəbərə görə, 9 saylı Binəqədi II və 31 saylı Suraxanı seçki dairəsində "karusel" üsulundan istifadə edilməsi, müşahidəçilərə təzyiqlər, seçicilərə 2 və daha çox bülleten verilməsi, partiyadan olan namizədin müşahidəçilərinin seçki məntəqələrinə buraxılmaması kimi hüquqi pozuntular özünə yer alıb. 38 saylı Gəncə-Nizami II seçki dairəsində də Müsavat Partiyasının namizədi Mürşüd Məmmədlinin müşahidəçiləri məntəqələrə buraxılmayıb. 110 saylı Zaqatala seçki dairəsində DSK sədri şikayətləri qəbul etmir, icra strukturu nümayəndələri məntəqələrin qarşısında duraraq seçicilərə təsir göstərir, müşahidəçilərin seçki məntəqələrinə buraxılmır.


XS
SM
MD
LG