Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:48

Meriya Bakının mərkəzində istirahət zonası yaratmağı planlaşdırır


Yeni istirahət zonası üçün dəmiryol vağzalından “Füzuli” meydanına qədər olan ərazidə əhali köçürüləcək


Mayın 10-da Bakıda mərhum prezident Heydər Əliyevin ad günü və gül bayramı keçirildi. Bayramın açılış mərasimində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, xarici səfirliklərin nümayəndələri, millət vəkilləri iştirak edirdi. Cənab Abutalıbov Heydər Əliyevin xatirəsini əbədiləşdirmək üçün Bakıda görüləcək işlərdən danışdı: “Dəmiryolu vağzalından “Fizuli” meydanınadək “Heydər Əliyev” parkının ətrafı istirahət zonasına çevriləcək”.


Paytaxt merinin sözlərinə görə, istirahət zonasının yaradılması üçün dəmiryol vağzalından “Füzuli” meydanına qədər olan ərazidə əhalinin köçürülməsi planlaşdırılır.


Mayın 10-da Bakıdakı Milli Parkda istirahətə gələnlərin sayı çox idi.


Həmin gün paytaxtda gül paradı, daha sonra incəsənət ustalarının iştirakı ilə konsert oldu və gecə saat 11-də isə atəşfəşanlıq planlaşdırılır.


Beşinci ildir ki Bakıda gül bayramı keçirilir.


XS
SM
MD
LG