Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 11:18

Tələbələr «Kamança» və «On manatlıq lüstr» tamaşalarını səhnələşdirdilər


Tamaşadan fraqment, 28 aprel 2006
Tamaşadan fraqment, 28 aprel 2006

Aprelin 28-də İncəsənət Universitetinin tələbələri Tədris Teatrında iki – «Kamança» və «On manatlıq lüstr» tamaşalarını səhnələşdirdilər. Ssenariləri Cəlil Məmmədquluzadə və İlyas Əfəndiyevə aid olan həmin tamaşalara quruluş verməkdə tələbələrə müəllimləri Faiq Zöhrabov kömək edib. Rolları ifa edənlər isə ancaq tələbələr idi. Bu ayın sonunadək tələbələr Tədris Teatrının səhnəsində hələ bir neçə tamaşa da nümayiş etdirəcəklər.


Bakı Dövlət Universitetinin tələbələri isə orta məktəb şagirdləri arasında bilik yarışı – «Breyn Rinq» oyunu keçirib. Təşkilatçı tələbələr – Əlibəy və Leyla deyirlər ki, məqsədləri intellektual hərəkatın inkişafina kömək etməkdir. Şagirdlərsə digər universitetlərin tələbələrinin də bilik yarışları təşkil etmələrini istəyirlər.


Əlibəy və Leyla deyir ki, universitet daxilində fəaliyyət göstərən və onların da üzv olduğu «Xəzər» İntellektual Klubu hər il belə bilik yarışları keçirməyi planlaşdırır. May ayının sonunadək isə tələbələr arasında da «Nə? Nə vaxt? Harada?» adlı intellektual yarış keçiriləcək.


Mədəniyyət və Turizm Nazirliyi isə «Yeni əsr.Yeni gənclər. Yeni baxış» adlı qısa metrajlı bədii filmin müsabiqəsinə start verib. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İntiqam Hümbətovun sözlərinə görə, əsas məqsəd istedadlı gəncləri kino yaradıcılığına cəlb etməkdir.


Cənab Hümbətov deyir ki, müsabiqədə bu sahəyə maraq göstərən hər kəs iştirak edə bilər. İstənilən mövzuda çəkilən 20-30 dəqiqəlik bədii film iyulun 31-dək nazirliyə təqdim olunmalıdır: «Münsiflər heyəti tərəfindən üç qalib müəyyənləşdiriləcək. Onların adları avqustun 2-də elan olunacaq».


DİNLƏYİN!


XS
SM
MD
LG